Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   178
I CİLD (2)

Nitqin yığcamlığı
adətən sözçülüyə qarşı qoyulan anlayışdır. Nitqin yığcamlığı 
dedikdə danışanın nitqində lazımsız, izafi sözlərdən uzaq, eyni fikrə təkrar qayıdılmayan, 
mətləbə aid olmayan məsələlərə, aludə olunmayan uzunçuluğa yol verilməyən nitq nəzərdə 
tutulur. Belə nitqə 
lakonik nitq
də deyilir. 
Dildə sözə qənaət və yığcamlığa həmişə önəm verilmişdir. Hələ m. ö. son minillikdə 
yunan qaynaqlarında iskit-sak-türk dilinin dəyərlərindən söz açılır, bu dilin yığcamlığı, səlisliyi 
barədə ilkin nəzəri fikirlər də söylənilir. Dildə sözə qənaət, yığcamlıq Azərbaycan dilinin də 
inkişaf tarixində ilkin, əzəli keyfiyyətdir, dərin köklərə malikdir və ədəbi dilin formalaşdığı ilk 
dövrün kamil nümunəsi sayılan “Kitabi-Dədə Qorqud”dan başlayaraq ənənə şəklində davam 
edərək bu günə gəlib çatmışdır. 
Şeyx Nizami bu barədə öz müasirlərinə, gələcək nəsillərə müraciətlə deyirdi: 


Sözün çoxsa əgər,çalış az olsun,
Yüz sözün yerində bir kəlmə qalsın;
Az sözün incitək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz;
Dahi söz ustası Nizami hətta vaxtilə "çox danışma" ifadəsinin böyük söyüş olduğunu 
demişdir: Sözü az danış ki,işə yarasın.Çoxda çox da nöqsan tuturlar.Sənin üçün çox danışmaq 
asan olsa da,"çox danışma" sözü böyük söyüşdür (3,61).
Nəsimi də sözün şirinliyi,ifadəliliyi ilə yanaşı yığcam və müxtəsər olmasına üstünlük 
verir:
Aqilsən, sözünü müxtəsər et!
Ey Nəsimi,çu bikərandır söz.
Bu məsələdə Füzulinin də mövqeyi ciddidir.Füzuli sənətdə yığcamlığın klassik 
nümunələrini yaratmışdır."Söz" rədifli qəzəlində şair aydın şəkildə deyir:
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa,əhlin eylər ol miqdar söz...
...Gər çox istərsən,Füzuli,izzətin,az et sözü
Kim çox olmaqdan qılıbdır çox əzizi xar sözü;
Ey könül,söz xəzinəsin açsan,
Dinləyən şəxsi,gözlə,yormayasan
Bəs edər verdiyin bu inci,göhər,
İnci də çox olanda qədri itər. 
"Dastani-Əhməd Hərami"nin müəllifidə sözü yığcam eləməyi,mətləbi qısaltmağı,az 
sözlə geniş əhvalatları təsvir etməyi qarşıya məqsəd qoyur: "Nə söz uzayın bən" və ya "Söz 
ögiş”,yəni sözü niyə uzadım. 
Hələ nə 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin