Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   178
I CİLD (2)

Natiqin üslubu və danışıq tərzi 
nitqin orijinallığı keyfiyyətini tamamlayır. Danışıq 
tərzi və üslub fərdidir. Başqasını yamsılamaq nitqi süni və qondarma edir.
Üslub və tərz fərdidir, lakin təkrarolunmaz deyil. Bir qayda olaraq, tələbə müəllimin iş 
üslubunu mənimsəyir, yaxud yaxşı müəllimin həmkarlarına təsiri də mümkündür. Ən 
acınacaqlısı natiqin (məsələn, müəllimin) özünün bərbad nümunə olmasıdır. Nümunəvi 
müəllim olmaq çətin və məsuliyyətlidir, böyük zəhmət tələb edir. 
Məhkəmə praktikasında, belə bir hal məlumdur ki, vəkillərdən biri özünün müdafiə 
nitqinin videoyazısına baxarkən, həmin nitqdəki üslubunu bəyənməyib. Üslubu dəyişmək 
qərarına gələn vəkil nümunə kimi həmkarının üslubundan istifadə edib. Bu zaman vəkilə baxan 
olsaydı, halına acıyardı: davranışındakı sərbəstlik yoxa çıxmış, gözəl və obrazlı dilindən əsər-
əlamət qalmamışdı. Jestlər saxta görünürdü və həmahəng deyildi. O, yeni videoyazıda özünə 
baxdıqdan sonra köksünü ötürüb əvvəlki üslubuna qayıtmalı oldu (16,90). 
Bu cür hallar başqa sahələrdə də müşahidə olunur. Gənc, təcrübəsiz diktorların öz 
həmkarlarını yamsılaması, hallarını hamımız müşahidə edirik. 
Nitqin aydınlığı
onun dinləyici və oxucu üçün asan və anlaşıqlı olması, əlavə şərhə və 
izaha ehtiyac olmadan başa düşülməsidir. Dilin zəngin və rəngarəng söz ehtiyatı nitqin 
aydınlığını təmin etməyə geniş imkan yaradır. Aristotel “Ritorika” əsərində nitqin əsas 


qiymətini onun aydınlığında görür və deyirdi ki, nitq aydın olmalıdır, əgər nitq aydın deyilsə, 
demək o qarşıya qoyulmuş məqsədə çata bilməyəcəkdir.
Aydın düşüncə mövzunu yaxşı bilmək və ya öyrənmək, onu şərh edərkən faktlara və 
dəlillərə əsaslanmaq, fikrin aydın ifadə olunması üçün hamının başa düşəcəyi söz və 
ifadələrdən istifadə etmək bacarığı natiqin nitqini aydın və başa düşülən edir. Nitqin aydınlığı 
onun dəqiqliyi ilə də bağlıdır. Fikir aydınlığı üçün əvvəl sözlər və terminlər dəqiq seçilməlidir. 
Nitqin bir tərəfdən gerçəkliklə, digər tərəfdən təfəkkürlə əlaqəsi nitq dəqiqliyinin 
formalaşmasının və qavranılmasının əsasıdır.Səslər və sözlər düzgün tələffüz olunmalıdır. 
Aydın olmayan sözlər, qarışıq fikirlər, dolaşıq cümlələr nitqi anlaşılmaz edir. Auditoriyanın 
səviyyəsi nəzərə alınmalı, onların başa düşəcəyi söz və ifadələr işlədilməlidir, mənası aydın 
olmayan, dəqiq bilinməyən sözlərdən istifadə edilməməlidir. Düzgün tələffüz ( səslərin, 
sözlərin, hətta bütöv cümlələrin), normal intonasiya, nitqin sürət tempinin gözlənilməsi, aydın 
diksiya, səsin, nitqin yaxşı eşidilməsi üçün səs tonunun tənzimlənməsi nitqdə aydınlıq 
keyfiyyətini təmin edir. Nitqin aydınlığı, təmizliyi, saflığı üçün əsas şərt həm də ədəbi dildə 
şivə ünsürlərinin, əcnəbi sözlərin arqo və jarqon ifadələrinin, söyüş səciyyəli leksik vahidlərin 
işlənməsini qadağan etmək, onlara yol verməməkdir. Şübhəsiz, dialekt və şivə sözlərinin, 
alınmaların ədəbi dilimizin zənginləşməsində və inkişafında rolu vardır və bunu danmaq 
olmaz.
Dialekt leksikasının ədəbi dili zənginləşdirməsi yollarından biri bədii dildir. Dialekt 
leksikasından istifadə olunmasının klassik ədəbiyyatımızda gözəl ənənəsi vardır. 
M.F.Axundov, N.B.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadənin, eləcə də S.Vurğunun, 
R.Rzanın bir vaxtlar öz əsərlərində işlətdikləri onlarca dialekt sözlər bədii dil vasitəsilə ədəbi 
dilimizin lüğət tərkibini zənginləşdirmişdir.
Bununla belə, ədəbi dildə bu cür sözlərdən lüzumsuz istifadə dilin aydınlığını poza 
bilər, bu isə nəticədə ünsiyyətin yaranmasına maneəçilik törədər. Bu tipli leksik vahidlərdən 
əsasən bədii üslubda sırf gərgin üslubi məqsədlərlə əlaqədar, məsələn, personajların nitqinin 
fərdiləşdirilməsi, yerli və ya milli koloritin yaradılması üçün istifadə olunur.
Müasir dövrümüzdə nitqin aydınlığı məsələsinə başlıca tələb kimi H.Əliyev də 
həssaslıqla yanaşırdı. Əvvəla o özü bu barədə şəxsi nümunə idi. Fikrini, məqsədini sadə və 
aydın dildə başa salmağı ustalıqla bacaran natiq bunu başqalarından da çox ciddi tələb edirdi. 
Müstəqil Azərbaycan Respublikasının çətin günlərində hakimiyyətə H.Əliyev ölkədəki gərgin 
icyimai-siyasi vəziyyətin Milli Məclisdə deputatlarla müzakirəsi zamanı onlardan məsələ ilə 
bağlı fikirlərini çox aydın ifadə etməyi ciddi tələb kimi qarşıya qoymuşdu. Bir deputata söz 
verərkən: “Xahiş edirəm fikrini aydın izah et” deməsi və çıxışdan sonra zala müraciətlə: “Siz 
başa düşdünüz? Mən heç nə başa düşmədim” deyə natiqə irad tutması dövlət başçısının 
Azərbaycan dilinə sevgisi, natiqlik sənətində aydın nitqin nə qədər əhəmiyyət daşıdığını, bu 
məsələdə onun nə qədər tələbkar olduğunun göstəricisidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin