Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   178
I CİLD (2)

alliterasiya 
hadisəsi böyük ənənəsi olan poetik üsul hesab 
olunur. 
Alliterasiya
eyni səs və hecaların təkrarından ibarət fiqurdur. Sözlərin əvvəlindəki, 
yaxud ortasındakı samitlərin və ya fonem birləşmələrinin eyni və ya yaxın olması 
alliterasiyanın mahiyyətini müəyyənləşdirir. Alliterasiya özünü dil və üslub səviyyələrində 


göstərdiyi üçün həm üslubi-poetik, həm də leksik-morfoloji vasitədir. Bu üsul M.Müşfiq 
yaradıcılığında da xüsusi yer tutur. Onun şeirlərində alliterasiya hadisəsi iki mühüm vəzifəni 
yerinə yetirir: şeirdə ahəngdarlıq və musiqi yaratmaq. Bunun üçün səs təqlidi ilə təsvir olunan 
əşyanın və ya hadisənin səs obrazını yaratmaq mümkün olur. Şair “Yağış yağarkən” şeirində:
Göydə iki qara bulud çatılaraq, 
İldırımlar şaqqıldayır şaraq-şaraq 
Quşlar uçur yuvasına fırıl-fırıl, 
Şırıldayır navalçalar şırıl-şırıl, 
-deyərkən oxucuya 
y,ğ,ş
samitlərinin təkrarı ilə yağışın ətrini, nəfəsini duydurur; 
şaqqıldayır şaraq-şaraq, şırıldayır şırıl-şırıl sintaqmlarındakı 
ş,q,r,l
samitlərinin təkrarı ilə isə 
ildırımın, yağışın səsi, ahəngi eşidilir, duyulur. 
M.Müşviq samit səslərin təkrarı ilə yaranan dənizin səsinin təqlidini də çox məharətlə 
vermişdir:
Coş dəniz, coşqun dəniz.
Daş dəniz, daşqın dəniz.
Aşqın dəniz. 
Şaşqın dəniz... 
Şair saitlərin təkrarından şeirlərinə incə üslubi məna vermiş, söz ilə səsin poetik 
vəhdətini ustalıqla yaratmışdır: Ə.Dəmirçizadə saitlərin uyuşma hadisəsini “Azərbaycan 
dilinin şeiriyyət sirlərindən “ hesab edirdi. 
Bəziniz qorxulu, bəziniz qorxusuz, 
Bəziniz duyğulu, bəziniz duyğusuz. 
Bəziniz uyğulu, bəziniz uyğusuz...
Burada küləyin ətrafa yaydığı gurultu, uğultu səsi 

səsinin təkrarı ilə yaranmışdır. 
M.Müşfiq poeziyamızda az təsadüf olunan incə saitlərin uyuşması hadisəsindən də 
öz yaradıcılığında istifadə etmişdir: 
Mən şirin ləhcəli bir bülbüləm ki, 
Güllərdən küsərəm, səndən küsmərəm. 
Bütünlüklə incə saitlərdən ibarət bu misrada qəribə bir axıcılıq, gözəl ahəng duyulur.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin