Nitqin düzgünlüyü.
Fikrin ifadəsi üçün tələb olunan keyfiyyətlər sırasında əsas vəzifə
düzgünlük prinsipinin üzərində cəmləşir. Digər keyfiyyətlər ondan bir növ asılıdır, çünki nitq
düzgün olmasa, normal ünsiyyət yarana bilməz. Nitqin düzgünlüyü onun müəyyən olunmuş
normativ qrammatika, leksikologiya, orfoepiya və məntiqin tələblərinə uyğun qurulmasını
tələb edir.
Ədəbi tələffüz, sözlərin düzgün seçilməsi və yerli-yerində işlədilməsi, qrammatik
normalara əməl etmək, məntiqilik nitqin düzgünlüyünü səciyyələndirir. Düzgünlük bu
normalar əsasında qurulur, normalar isə şivə ünsürlərinin ədəbi dilə keçməsinə imkan vermir.
Nitqin düzgünlüyü
nitqin ünsiyyət funksiyasını təmin edən
nitqin sadəliyi
və
nitqin təmizliyi
tələblərinə yaxındır, bir növ onlarla səsləşir. Lakin nitqin düzgünlüyü, nitqin sadəliyi və nitqin
təmizliyi anlayışları bir-birinin eyni olmayıb mədəni nitqi müəyyən edən tələblər sırasında
ayrı-ayrı kateqoriyalar kimi səciyyələnir və fərqli məzmun daşıyır. Bu üç anlayış arasındakı
ümumilik və üst-üstə düşən oxşarlıq onların təyin edilməsində ədəbi dil normalarının əsas
götürülməsi ilə bağlıdır.
Nitqin sadəliyi.
Nitqin sadəliyini şərtləndirən amillər onun aydın, anlaşıqlı, səlis, asan
olmasıdır. Əksinə anlaşılmazlıq, dolaşıq, lazımsız mürəkkəb ifadələr, müqayisə və
əsaslandırmalarla yüklənmiş nitq mürəkkəb (qəliz) nitq adlandırılır.
Fikrin tez, asan qavranılması üçün sadə, bəsit, primitiv cümlələrdən istifadə etməklə
nitqin sadəliyi tələbini ödəmək olmur. Natiq mövzunu izah edərkən fikrini çatdırmaq,əşya və
hadisələri, onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb
cümlələrdən istifadə edə bilər.
İşlənilən sözlər, fikirlər dinləyicilərin ümumi səviyyəsinə uyğun olmalı, sözcülük, ağır,
uzun cümlələr, mürəkkəb tərkiblərdən, təkrarçılıq, fikrin tamamlanmaması, dar sahə
terminlərindən gen-bol istifadə kimi hallar yolverilməzdir.
Ən gözəl bir yazı sadə, anlaşılacaq sözlər ilə yüksək fikirlər söyləyən yazılar olduğu
kimi, ən qüdrətli yazıçılar da sadə sözlərlə yüksək fikirlər deyə bilənlərdir .
Zənnimizcə,
Dostları ilə paylaş: |