Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   178
I CİLD (2)

Nitqin dəqiqliyi.
Nitqin dəqiqliyi daha çox sözün yerində, dəqiq işlənməsi ilə 
əlaqələndirilir. Sözün düzgün işlənməsi danışanın nitqin predmetini bilmək dərəcəsi, geniş 
biliyə sahib olması (erudisiya), məntiqi düşüncə bacarığı və dilin qayda-qanunlarını hansı 
səviyyədə bilməsindən asılıdır.
Beləliklə, 
nitqin dəqiqliyini müəyyən edən amillər
bunlardır: 
- predmeti bilmək, 
-məntiqi təfəkkür, 
-lazımi sözləri seçmək bacarığı. 
Ünsiyyət fikrin ifadəsinin dəqiqliyini tələb edir. Fikrin ifadə olunması üçün dəqiq 
sözün seçilməsində səhv edərkən kədərlənmək, başqalarını günahlandırmaq lazım deyil, yalnız 
gələcəkdə öz nitqinə daha diqqətli olmaq lazımdır. 
Nitqin dəqiqliyi keyfiyyətini aşağı salan amillərdən biri də dildə paronim və 
omonimlərin mövcudluğundan xəbərsiz olmaq, bu hadisəni nitqdə neytrallaşdıra bilməməkdən 
asılıdır. 
Paronimlər
(para-yanaşı, onyma-ad) yazılış və səslənməyə görə yaxın, lakin mənaca 
müxtəlif sözlərdir. Məsələn, adresant-adresat, kvorum-forum, ekskavator-eskalator, kontrakt-
kontakt, fakt-faktor və s. Paronimlərə xüsusi adlar arasında da rast gəlinir: Eyzenşteyn- 
Eynşteyn, Kapri-Kipr, Avstriya-Avstraliya, İsveç-İsveçrə, avstriyalı-avstraliyalı.
Dildə paronimlərin mövcudluğu yazılı və şifahi nitqdə bir sözün səhvən başqasının 
yerinə işlənməsinə səbəb olur. 
Nitqdə 
omonimlərdən
istifadə də fikrin düzgün ifadə olunmamasına, fikrin ifadəsində
ikimənalılığa səbəb ola bilər. 
Dildə 
sintaktik omonimlər
də təhlükəlidir. Məsələn, “Rektorun təyini hamıya uğurlu 
gəldi”. “Müdirin xasiyyətnaməsi həqiqətə uyğun idi” cümlələri özündə iki mənanı əks etdirir. 
Məlum deyil: rektoru təyin etdilər, yoxsa rektor kimisə təyin edib; xasiyyətnamə müdirə 


verilib, yoxsa müdir kiməsə verib. Belə yalnışılıq cümlələrdə də ola bilər. Bəzən cümlə də 
fərqli şəkildə başa düşülə bilər.
Dəqiqlik keyfiyyətinin nitq mədəniyyəti üçün rolu böyükdür. Antik dövrün alimləri bu 
keyfiyyəti yüksək qiymətləndiriblər. Onların fikrincə, nitq dəqiq olmasa, natiq, danışan 
məqsədinə çatmaz. Məhz ilk dəfə o dövrün alimləri nitqin dəqiqliyini fikrin dəqiqliyi, 
ardıcıllığı ilə bağlamışlar. Bu keyfiyyət nitqdə ən əvvəl dilin leksik sistemi ilə əlaqədardır, yəni 
sözlərin və ifadələrin mənaları adlandırdıqları əşya və hadisələrə tam uyğun olmalıdır. Bu işdə 
əsas ağırlıq söz sırasının pozulmamasını, köməkçi nitq hissələri və ara sözlərin yerli-yerində 
işlənməsini, sözlər, birləşmələr və cümlələr arasında fikir əlaqəsini, mətnin abzaslara 
parçalanmasını, əsərin kompozisiyasının mükəmməl quruluşunu tələb edir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin