Nitqin ahəngdarlığı həm yazılı, həm də şifahi nitq formalarında istifadə edilən fonetik
üsul və vasitələri
alliterasiya (samit təkrarı),
assonans (sait təkrarı),
söz təkrarı (anafora,
epifora), sinonimlərin üslubi imkanları və s. özündə birləşdirən keyfiyyətdir. Azərbaycan dili
öz ahəngdarlığına görə seçilən, fərqlənən dillərdən biridir. Bəzən ona musiqili dil də deyilir.
Dilimizdə bu ahəngdarlığı təmin edən bir sıra xüsusiyyətlər mövcuddur:
1.Nitqin ahəngdarlığını təmin edən əsas xüsusiyyətlərdən biri Azərbaycan dili
sözlərində açıq hecaların çox geniş, üstün yer tutmasıdır. Yüksələn intonasiya ilə tələffüz
olunan açıq hecaların çoxluğu nitqin ahəngdarlığını, axıcı, musiqili olmasını təmin edir.
2. Dilimizdə sədalı səslər-saitlər, sonorlar və cingiltili samitlər yüksək tezliklə işlənir.
Sədalı səslərin yüksək tezlikli olması da ahəngdarlığa müsbət təsir göstərir.
Bundan
başqa ahəng qanununun təsiri, dilin iltisaqiliyi də ahəngdarlığı artırır. Cümlədə
eyniköklü üzvlərin həm isim, həm sifət, həm də zərf kimi işlənən sözlərin sıralanması da nitqdə
ahəngdarlıq yaradır.
Ə.Dəmirçizadə ahəngdarlıq üçün səslərin uyuşmasını mühüm şərtlərdən biri hesab edir:
“Azərbaycan dili öz təbiətinə görə nəinki buna müəssidir. Hətta tələffüzün belə bir ahəngdə,
yəni səslərin uyuşma əsasında qurulmasını tələb edir. Buna görə də Azərbaycan dilində şeir
ahəngdar olur”.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilində ahəngdarlığın bədii nümunələri çox
qədimdir:
Mən aşıq qara baxtım,
Ağ baxtım, qara baxtım.
Sinən yadıma düşdü,
Dağlarda qara baxdım (Sarı Aşıq).
Burada məxrəccə yaxın d,t səslərindən ibarət baxt-ım (ağ baxtım, qara baxtım) sözü
ilə bax-d-m sözləri poetik ahəng yaratmışdır. Yaxud:
Mən aşıq yara bağlar,
Yar meylin yara bağlar.
Yaramı yar bağlasın.
Yar yaxşı yara bağlar.
Cinas üstündə qurulan bu bayatıda üç keyfiyyət əsasında şeirdə gözəl ahəng
yaranmışdır. Onlar qafiyələrin ahəngi, qafiyələrin cinas üstündə qurulması və eyni səs, eyni
heca və eyni sözlərin təkrarının yaratdığı ahəngdir ki, şeiri bütünlüklə musiqiyə
çevirmişdir. Qeyd etmək lazımdır ki, bu şeirlər həm də yığcamlıq və sözə qənaətin yüksək
numunələridir.
Azərbaycan poeziyasında