və ümumi ədəbi dil axarında seçilməsi onun xüsusi istedadı, yaradıcılıq nailiyyətidir. Bu
nailiyyətin qazanılmasında sənətkarın dilinin estetik keyfiyyətləri mühüm yer tutur. Bir sıra
amillərlə yanaşı, yazıçının dili, dediyi sözün gözəlliyi və kəsəri, şübhəsiz onun şəxsi istedadı
ilə də sıx bağlıdır.
Məsələn, “Axşamın da özünəməxsus gözəlliyi var, şairanə bir görünüşü var. Xüsusən
cənub axşamları. Günəş saçlarını toplayıb uca dağların arxasına çəkildiyi zamanlar təbiətə
çökən mənalı bir sükut nə qədər ilahidir!
Lakin mən səhərləri daha çox sevirəm. Günəş öz rübəndini açıb, gözəl camalını üfüqdən
göstərdiyi zamanlar o, sevimli və dilbər bir qız kimi səni həyata çağırır. ... Yenə də səhərdir”.
Bu fikirlər S.Vurğuna məxsusdur. 1942-ci ildə Qərb cəbhəsindən gəlmiş İdris Vəliyevlə
Moskvada görüşən şair. “Bir səhər” məqaləsini belə başlayıb. Bu da məqalənin sonu: “... Biz
əl verib ayrıldığımız an Moskva şəhərinin günəşi dumanları
yararaq pəncərədən içəri
düşmüşdü. Günəşin mehriban şəfəqləri İdrisin bahar qoxusu verən saf və təmiz üzündə
oynayırdı. Mən onun bu bəxtiyar sifətində başqa bir səhər də gördüm. Bu, Azərbaycan
torpağının yeni, qəhrəmanlıq səhəridir” (13,212-216).
S.Vurğun axşamın
özünəməxsus gözəlliyini
ilahi mənzərə
adlandırır. Lakin şair
səhəri daha çox sevir. Məlum olur ki, şair nə üçün səhəri bu qədər sevir. Bunun səbəbi onun
yazısının qəhrəmanı ilə bir bahar səhərində Moskvada görüşməsi və ayrılmasıdır.
Dildə sadəlik, aydınlıq, düzlük-dürüstlük, yığcamlıq, bədiilik, ifadəlilik, ahəngdarlıq,
kəsərlilik və başqa bu kimi məsələlər bir fərdi yaradıcılıqda
təzahür edib, bütöv bir sistem
şəkilni aldıqda tam yeni bir ədəbi məktəb yaranmış olur. Bu fitri istedad hər sənətkara qismət
olmayan çox mühüm keyfiyyətdir. Yaradıcılıqlarını daima izləmək imkan olan dilçi və şair
F.Məmmədlinin, M.Hüseynovanın şeirləri dilçi alim və istedadlı şair qələmindən çıxdığı üçün
çox orijinaldır və xüsusi tədqiqat tələb edir.
Bəzən bir ədəbi məktəbin təsiri elə güclü olur ki, bir neçə əsr davam edir. Yeni ədəbi
məktəbin yaranması üçün isə yeni bir düha doğulmalıdır. Məsələn, Sabir kimi.
Böyük Füzuli həmişə orijinallıq, özünəməxsusluq axtarışında olmuşdur.
Şair ona
qədərki Azərbaycan şeirinin dili,qəzəl üslubunun çox güclü olduğunu, yeni fikir və söz demək
üçün daha artıq işləməyə, yuxusuz gecələr keçirməyə məcbur qaldığını söyləyirdi: “Elə vaxtlar
olmuşdu ki, gecə səhərə qədər oyaqlıq zəhərini dadmış və bağrımın qanı ilə bir məzmunu tapıb
yazmışam. Səhər olanda başqa şairlərlə uyğun gəldiyini görüb yazdığımı pozmuşam, ona sahib
çıxmamışam”.
Dostları ilə paylaş: