Nə kimin kimsəsiyəm,
Nə kimsə kimsənəmdi. Sarı Aşıq
Göründüyü kimi kimsəsizlik,yalqızlıq,təklik kimi hissləri ifadə etmək üçün cəmi beş
söz kifayət edib:
bu,gəl(mək),kim(sə),yox, nə.
Lakin bu
sözlər dildə elə idarə olunub,onlar
arasında qrammatik,məntiqi və ritmik əlaqələr elə yaradılıb ki, tam bitkin əsər alınıb. O qədər
kamil və bitkindir ki, tamlığına, yetkinliyinə tarixən toxunulmayıb. Atalar sözləri,el
mahnıları,laylalarda olduğu kimi bunlar daha çox ritmlə,musiqi ilə bağlıdır,ona
görə də
möhkəmdir, sabitdir, dəyişilməzdir.
Azərbaycan poeziya dili tarixində yığcamlıq, sözə qənaət yüksək sənətkarlıq keyfiyyəti
kimi realist nəsr dilinə də təsir etmişdir. M.F.Axundovun "Aldanmış kəvakib",
C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"və bir çox başqa əsərlər bədii sənətdə,
dilimizdə yığcamlığın klassik nümunələridir.
Nitqin yığcamlığı danışandan dərin bilik,həssas düşüncə, zəngin lüğət (söz) ehtiyatı
tələb edir."Sözçülük isə nitqdə eyni mənalı söz və ifadələrdən
təşkil olunmuş tərkiblərin
işlənməsini,"parazit" "tüfeyli" söz və ifadələrdən istifadə edilməsini,eyni məzmuna malik
cümlə və ifadələrin ardıcıl işlədilməsi kimi məqamları nəzərdə tutur"( 4 ,38).
Dostları ilə paylaş: