Nitq mədəniyyəti- dildən istifadənin yüksək səviyyəsidir və onun daşıyıcılarından
mədəni niqdə verilən
tələbləri -
əsas kommunikativ keyfiyyətləri inkişaf etdirməyi və
təkmilləşdirməyi tələb edir.
Nitq keyfiyyəti- danışanın nitq mədəniyyətinin səviyyəsini xarakterizə edən,
kommunikasiyanın effektivliyini təmin edən nitq xüsusiyətidir.
Dilin inkişafının müasir mərhələsində dilçilər mədəni nitqin 3 mərhələsini müəyyən
edirlər:
I mərhələ- bir nömrəli kommunikativ keyfiyyət: 1) nitqin düzgünlüyü- nitq
mədəniyyətinin ilk, ibtidai pilləsidir.
II mərhələ- nitqin məqsədəmüvafiq 10 kommunikativ keyfiyyətini əhatə edir: 2) nitqin
dəqiqliyi; 3) nitqin aydınlığı; 4) nitqin məntiqiliyi; 5) nitqin yığcamlığı; 6) nitqin dolğunluğu;
7) nitin təmizliyi; 8) nitqin zənginliyi; 9) nitqin ifadəliliyi; 10) nitqin münasibliyi; 11) nitqin
sadəliyi, asanlığı.
III mərhələ- nitq mədəniyyətinin yekun mərhələsi olan kommunikativ keyfiyyət: 12)
nitqin təsirliliyi (səmərəliliyi) (5).
B.N.Qolovin nitqin əsas keyfiyyətləri kimi səkkiz keyfiyyəti müəyyən etmişdir:
düzgünlük, dəqiqlik, təmizlik, aydınlıq, məntiqilik, zənginlik, ifadəlilik, münasiblik (6).
Mədəni nitqin əlamətləri. Gözəl danışmağı və yazmağı hər kəs bacarmalı, hamının
nitqi mədəni olmalıdır. Mədəni nitqin tələbləri, əlamətləri hansılardır? Mədəni nitq ilk növbədə
məzmunlu olmalı, danışan şəxs bu məzmunu aydın təsəvvür etməlidir. Hər kəs bildiyini dəqiq,
aydın, yığcam cümlələrlə, dilin leksik və bədii təsvir vasitələrini düzgün seçib işlətməklə
yazmağı, tələffüz və intonasiya qaydalarına uyğun danışmağı bacarmalıdır. Bir sözlə, dilimizin
bütün qrammatik və üslubiyyat qanunlarını həm yazılı, həm də şifahi nitqdə qorumalıyıq.
Mədəni nitqin iki başlıca cəhəti əsas götürülür: 1.Düzgün nitq. 2.Kamil nitq.
1