Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   178
I CİLD (2)

2.Çoxmənalılığa görə normalar.
Dildə bir çox sözlər uzun tarixi inkişaf dövründən 
sonra öz əsas mənalarından başqa bir sıra əlavə mənalarda da işlənə bilir. Çoxmənalılıq dilin 
təbii inkişaf qanunauyğunluğudur və onun tarixi qədimdir. Ədəbi dildə sözlərin çoxmənalılığı
dilin lüğət tərkibini zənginləşdirir və norma hesab edilir.
3.Sözün yeni mənada işlənməsinə aid normalar.
Cəmiyyətdə baş verən
dəyişikliklər insanların həyat tərzinə, məişətinə də öz təsirini göstərir. Bu təsir sözlərdə
onların mənasında da əks olunur. Bu zaman sözlər həm formaca, həm də mənaca tarixi 
dəyişikliklərə uğrayır. Sözlərdə dəyişiklik daha çox məna ilə bağlı olur. Sözlərin yeni məna 
kəsb etməsi mənanın genişlənməsi, mənanın daralması nəticəsində baş verir. Ədəbi dil 
normalarına uyğun bu dil hadisəsi məqbul norma sayılır. 
Qrammatik norma.
Müasir Azərbaycan ədəbi dilinin qrammatik norması ümumxalq 
dilinin iltisaqilik prinsipinə əsaslanan qrammatik quruluşunu əks etdirir.
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını 
tələb edir, onu normaya salır. 
Müasir ədəbi dilimizin qrammatik normalarını əsasən aşağıdakı kimi qruplaşdırmaq 
olar: 
1)İsimlərə əvvəl cəm, sonra mənsubiyyət, hal şəkilçiləri və s. artırılır: kənd-lər-imiz-in. 
2)Təyini müəyyən miqdar sayı olan isim təkdə işlənməlidir: on uşaq, üç dəftər. 
3)Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə şəxs (xəbərlik) şəkilçiləri 
artırılır: qal-dı-rıl-ma-lı-dır; döy-üş-çü-lər-imiz-in-dir. 
4)Mübtəda ilə xəbər arasında şəxsə, qismən də kəmiyyətə görə uzlaşma gözlənilir: Mən 
azərbaycanlıyam. Onlar türkdülər. 
ƏDƏBİYYAT 
1.
Axundov A.A. Ümumi dilçilik. Bakı, 1979. 


2.
Hüseynzadə Ç. Rəhmanov C. Dil norması və kriminalistika. Bakı, Nurlan, 2005. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin