Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   178
I CİLD (2)

Dilçilik 
üslubiyyatı
dilin funksional üslublarını, nitq mədəniyyəti
isə 
nitqin ünsiyyət yaradan 
keyfiyyətlərini araşdıran elm
kimi müəyyənləşdirildi. Lakin nitq mədəniyyəti üslublarla 
bağlı olduğuna görə, o, üslubiyyat elmi üzərində qurulur. Eyni zamanda nitq mədəniyyəti 
üzərində natiqlik sənəti qurulur. Nitq mədəniyyəti həm də psixologiya, fəlsəfə, məntiq, etika, 
estetika və pedaqogika kimi elmlərlə də əlaqədardır. 
Nitq mədəniyyəti dilçiliyin yeni sahəsi olmasına baxmayaraq, onun kökləri çox-çox 
qədim zamanlara gedib çıxır, hətta lap antik dövrə. Onun ilk soraqları qədim Misir, Hindistan, 
Çin, Yunanıstan və Roma kimi diyarlardan gəlir. Lakin onun dərindən və mükəmməl şəkildə 
araşdırılması qədim Yunanıstan və daha sonra Romada Sokrat, Demosfen, Aristotel, Siseron, 
Kvintilian kimi məhşur filosofların adı ilə bağlıdır. 
Təbiidir ki, bəlağət ixtisasına xüsusi əhəmiyyət verən qədim Yunan və Roma alimləri ana 
dilinin mükəmməl öyrənilməsini vacib hesab edərək, onun bütün ifadəlilik imkanlarına tam 
şəkildə yiyələnməyə çalışmışlar. Daha sonralar bu elm Ellin ölkələrindən başqa Qərbi Avropa 
və Şərq ölkələrinə yayıldı və inkişaf etdi. Maraqlıdır ki, müasir dövrümüzdə də antik dövrün 
istər üslubiyyat, istərsə də nitq mədəniyyəti barəsindəki düşüncələri öz dəyərini itirməmiş, hər 
iki elmin nəzəri əsaslarını qoymuşdur, xüsusilə də, Aristotelin “ Ritorika” və “ Poetika” 
kitablarında irəli sürülən fikirlər bu sahədə örnək olmuşdur. 


Biz, tədqiqat işində qeyd etmişik ki, İsgəndər yunan fəlsəfəsinin öz əsasını 
“Avesta”dan götürdüyünü bildiyi üçün 
əsası, ilk mənbəyi- “Avesta”nı
yandırıb. Elə natiqlik 
sənəti, dünyanın ən qədim, məşhur natiqlərindən söz düşəndə də yunan və Roma natiqlərinə 
istinad edilir

Halbuki elə həmin yunan mənbələrinin özündə iskit-türk natiqlik sənətinə böyük 
rəğbət görünür, onu istinad edilir.
 
M.ö. son minillikdə yunan qaynaqlarında iskit-sak-türk dilinin dəyərlərindən söz açılır, 
bu dilin yığcamlığı, səlisliyi barədə ilkin nəzəri fikirlər də söylənilir. Diogenin verdiyi 
məlumata görə, m.ö. VI əsrdə yaşayıb, yazıb-yaratmış iskit-sak filosofu Anakar (Anaxarsis) 
ana dilində gözəl danışırmış, öz nitqilə filosofları heyran edirmiş, o əlavə olaraq ellin dilini də 
bilirmiş.
Yunan qaynaqlarında Anakarın nitq və davranış mədəniyyətinə, natiqlik məharətinə aid 
belə bir nəzəri fikri də xatırlanır: “Yaxşı və gözəl fikir nitqi çəkib aparanda pis olmur. İskitlər 
nitqi o vaxt pis sayır ki, məzmunu zay olur” (8). 
“İskit kimi danışır” məsəli ilə yunanlar bu dilə rəğbətlərini bildirirdilər. Bu m.ö. son 
minillikdə yunanların İskit-türk dilinə verdiyi qiymət idi. Göründüyü kimi yunan filosofları bu 
reallığı etiraf etmiş, bu fakt onların diqqətini cəlb etmişdi. Ona görə yunan mənbələrində bu dil 
yaxşı, sərrast dil nümunəsi kimi xatırlanır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin