Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   178
I CİLD (2)

Alınma sözlərin tələffüzü
də dildə müəyyən normalara tabe olur. Alınma sözlərin 
daxil olduğu dilin ədəbi tələffüz normalarına tabe olması çətin və mürəkkəb prosesdir.
Diftonqlaşma hadisəsi
Azərbaycan dili orfoepiyasında norma kimi qəbul olunmuşdur 
(3, 40).
Azərbaycan dilində qoşa samitlərin iki tələffüz norması var: 
1.Söz sonunda gələn qoşa samitlər iki eyni samit kimi tələffüz olunur: Abbas, Cabbar, 
addım, saqqal, güllə, sillə, hətta. 
2.Söz ortasında gələn qoşa samitlərdən biri tələffüz olunur: həd(hədd), sir(sirr), 
tib(tibb), fən(fənn), his(hiss), xət(xətt) və s. Bu sözlərə saitlə başlayan söz və ya şəkilçi 
artırdıqda qoşa samitlər söz ortası mövqeyinə keçir, bu zaman onlar söz ortasında olan samitlər 
kimi tələffüz olunur: həll etmək, həkk etmək, fənnin, sirrini, hissin, xəttə və s. 


Lüğəvi şəraitdə
səslərin söz daxilindəki yeri və məqamına uyğun olaraq tələffüz 
qayda-qanunları; 
qrafik şəraitdə
müxtəlif idarə, təşkilat adlarını bildirən söz birləşmələrini, 
mürəkkəb adları, ifadələri təşkil edən sözlərin baş hərfləri, bəzən də ilk hissələri əsasında 
yazıda sabitləşdikdən sonra şifahi ədəbi dilə köçürülmüş qısaltma sözlərin tələffüz qaydaları

qrammatik şəraitdə
sözlərin 
morfoloji vasitələrlə
dəyişilməsi, 
sintaktik qaydalarla
formalaşan müxtəlif tərkiblərin, birləşmələrin bir vahidi kimi işlənilən sözlərin, morfemlərin 
xüsusən əvvəlindəki və sonundakı səslərin necə tələffüz edilmə qayda-qanunları nəzərdə 
tutulur (3).
Leksik normalar
. Dilin quruluşunda ən çox dəyişikliyə uğrayan onun leksik tərkibidir. 
Buna görə leksik sistemin normalarının müəyyənləşdirilməsi mürəkkəb prosesdir, çünki hər
bir sözün mənşəyi,inkişafı, nitqdə işlənməsi haqqında bilmək lazım gəlir.
Leksik norma, yəni sözün nitqdə istifadə qaydaları xüsusi diqqət tələb edir. Söz dildə 
daşıdığı və Azərbaycan dilinin lüğətlərində qeydə alınan əsas və ya məcazi mənalara uyğun 
işlənməlidir. Leksik normanın pozulması deyiləcək fikrin təhrif olunması ilə nəticələnir. 
Leksik normanın pozulması səslənməyə görə yaxın, leksik mənaca fərqli sözlərin 
qarışdırılması ilə baş verir. Buna görə ədəbi dildə leksik normaların dəqiqləşdirilməsi üçün
“Azərbaycan dilinin izahlı lüğəti”ndən, xüsusi məlumat ədəbiyyatından istifadə etmək 
lazımdır. 
Leksik norma özündə bir çox məsələləri birləşdirir. Məsələn, sözlərin məqsədə və 
mətləbə, fikrin dəqiq ifadəsinə, sözün yerli-yerində istifadə olunmasına uyğun, yeni sözlərin 
(neologizmlərin) işlədilməsinə, terminlərdən istifadə, alınma sözlərdən istifadəyə dair 
normalar. Göründüyü kimi, sözlərin düzgün işlənilməsində də normalara əməl etmək lazımdır.
Sözdən yerli-yerində istifadə 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin