Bununla belə ahəng qanununda da istisnalar (ziddiyyət) var.
Bəzi sözlərdə dilönü
saitlərdən sonra dilarxası saitlərin işlənməsi halları mövcuddur: dəmrov, gərməşov,
girov,tilov,cilov, ilan, inam, iraq, işıq, ilxı, ilğım “Bu ziddiyət nitq prosesində baş vermişdir.
Nitqin özü vasitəsi ilə də yenidən normalaşmışdır. Bu o deməkdir ki, heç zaman fərdi nitq dilə
bu dərəcədə təsir edib onu norma hüdudundan çıxarmaqla, yenidən
bu ziddiyyətin normaya
çevrilməsini təmin edə bilməz. Belə bir xüsusiyyət yalnız nitqin ümumi təsiri sayəsində
mümkün ola bilər. Bir sözlə, nitq özünün kollektiv və uzunmüddətli fəaliyyət
ənənələrinə
uyğun olaraq dildə normalaşma yaradır, bu normaları poza bilir və onu yenidən normaya çevirə
bilir. Nitqin dilə təsir gücü əsas etibarı ilə bundadır. Ona görə də dildə nitq norması daim aparıcı
yer tutur (2, 55).
Dostları ilə paylaş: