Ədəbi dil normaları, onların formalaşması. Ədəbi dilin normalarının səciyyəvi xüsusiyyətləri:
-nisbi sabitlik;
-geniş yayılmaq;
-ümumişləklik;
-dil sisteminin ənənə və imkanlarına uyğun istifadə;
-məcburilik.
Normaların əhəmiyyəti. Normalar ədəbi dilin bütövlüyünə, hamı tərəfindən anlaşıqlı
olmasına kömək edir. Onlar ədəbi dili dialektlər, ictimai və professional jarqonlardan, loru
sözlərdən qoruyur.
Bu ədəbi dilə öz əsas funksiyasını-mədəni funksiyasını yerinə yetirməyə kömək edir.
Norma bir qayda olaraq tədqiqatlarda əlamət kimi başa düşülür. Normanın sistem
olması barədə isə yekdil fikir yoxdur və norma heç bir daxili sistemlə müqayisə olunmur.
Norma dil sistemini arxasınca aparmır, o yalnız dili funksionallaşdıran nitqlə idarə olunur.
Dil öz quruluşu ilə bütöv sistem təşkil etsə də, bu sistemi nitq reallaşdırır. Dil nitqlə reallaşır,
norma isə nitqlə . Dil fəaliyyətdə olduğu üçün daima dəyişir, nitq fəaliyyəti nəticəsində
yenilənir.
Dilin təşkil olunduğu, qurulduğu daxili elementlər arasında özünəməxsus əlaqə və
münasibətlər vardır. Bu əlaqələr fonemdən tutmuş sintaktik vahidlərə kimi bütün dil
vahidlərində mövcuddur (2, 51). Məsələn, sait fonemlər dilarxası-dilönü, açıq-qapalı,
dodaqlanan-doqaqlanmayan istiqamətlərində.
Dil daim nitqlə reallaşır, nitqlə dəyişir və tənzim olunur, norma isə nitqlə canlanır və
dil kollektivində təcəssüm edir.
Norma dilin bütün sahələrini əhatə etməklə həm şifahi, həm də yazılı nitqə aid edilir.
Nitqin iki forması yazılı və şifahi nitq hər biri fərqli xüsusiyyətlərə malik olduğu kimi, onların
normalılığında da fərqlər mövcuddur.
Şifahi nitqdə norma. Şifahi nitq dilin quruluşunun formalaşmasında ilkin mərhələdir
və insan kollektivlərinin uzunmüddətli məhsulu kimi səslərin, söz tərkibinin və qrammatik
vahidlərin formalaşmasında tarixi bir yol keçmişdir (2,53).
Elə dildə ilkin normaların yaranmasında və sabitləşməsində də şifahi nitq aparıcı yer
tutmuşdur.
Məsələn, Azərbaycan dilinin fonemlər sistemi çox uzun tarixi dövrlərin nəticəsi kimi
müasir dövrdə artıq sabitləşmiş, dəyişilməzdir. Bu şifahi nitqin fəaliyyətinin nəticəsidir və
dilimizdə 9 sait və 23 samit formalaşaraq artıq normaya çevrilmişdir.
Fonetik vahidlərin formalaşması, öz sabitliyini mühafizə edərək həm də söz tərkibinin
morfoloji quruluşunda bir sistem yaradılmasına səbəb olmuşdur. Məsələn:
ğ, r samitləri,
ümumiyyətlə,Azərbaycan dili sözlərinin əvvəlində işlənmir. Azərbaycan dilində sözün
əvvəlində samit səslərin işlənməsində kipləşmə və karlıq əlamətləri əsas olsa da, növluluq və
cingiltilik bu zaman vacib hesab olunmur. Bu qanunauyğunluq ahəng qanununda (bəzi
istisnalar olmaqla) adətən gözlənilir.