Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   178
I CİLD (2)

Dil 
normaları
xüsusi olaraq alimlər tərəfindən düşünülmür. Norma dildə qanunauyğun şəkildə baş 
verən prosesləri əks etdirir, dil təcrübəsi ilə möhkəmlənir və qorunur. 
1. Normada həm tarixilik, həm də müasirlik var. 
2. Norma həm yazılı, həm şifahi dildə olur. 
3. Norma ümumi səciyyəli və sosial xarakterli olsa da, xüsusi dil kollektivlərinə xidmət 
edir. 
4. Norma eyni zamanda sabit qaydalara malik milli dilin ayrı-ayrı nitq arealında 
mövcuddur. 
5. Hər bir dilin normalar sistemində onun milliliyi, özünəməxsusluğu əks olunur. 
6. Dilin quruluşunda daim dəyişiklik olur və bu dəyişiklik normada da baş verir. 
7. Normaların dəyişilməsi onun variantlarının yaranması ilə müşayiət olunur. Norma 
variantları müasir lüğətlərdə əks olunur.
8. Dialekt və şivələrin mövcudluğu ədəbi dil normasının yaranmasına mane ola bilməz. 
Dialekt və şivələrin mövcudluğu milli dilin formalaşdığı ümümxalq dili dövrünə aiddir. 
Ümumxalq dili dövründə nitq areallar üzrə mərkəzləşib özünəməxsus normalar yaradır.
Məsələn, cəmiyyətin tərəqqisi dilin inkişafına da öz təsirini göstərir. Vahid milli dilin 
tərəqqisi yerli dialekt və şivələri sıradan çıxarır. Urbanizasiyanın güclənməsi, şəhərə-mərkəzə 
axın, məktəb, kütləvi informasiya vasitələri, radio-televiziya, bölgələrdə keçirilən mədəni-


kütləvi seminarlar, tədbirlər, çıxışlar və s. dialekt və şivə əlamətlərini dildən sıxışdırıb çıxarır. 
Beləliklə, müəyyən nitq areallarında yaranmış norma ümumi ədəbi dilə keçidlə bağlı vahid 
qaydada formalaşır. Bu prosesdə yazı da aparıcı rol oynayır. Nəticədə ümumi ədəbi dil bir sıra 
icbari qaydalarla tənzimlənir.
Normaların dəyişilməsi.
Cəmiyyət normalar sistemi üzərində qurulur. Bu normalar 
müəyyən tarixi dövrlərdə dəyişdiyi kimi ,dildə də normalar sistem şəklindədir. Ədəbi dil 
norması da cəmiyyətdə qəbul edilmiş normalar kimi daim yaşayan, heç dəyişə bilməyən hadisə 
deyildir. Dilin quruluşunda daim dəyişiklik baş verdiyi üçün bu dəyişiklik normada da əks 
olunur. Dildə normalar qanunauyğun şəkildə dəyişir. Bu dəyişikliklər dildaxili və dilxarici 
amillərin təsiri ilə, inkişaf əsasında baş verir. 
Dövrün tələblərini ödəyə bilməyən normalar sıradan çıxır, müasir tələblərə uyğun 
zəruri normalar isə dilə daxil olur. Yaranan hər bir yeni norma dilə, xalqın ruhuna uyğun 
olmasa, dildə uzunmüddət yaşaya bilmir.
Dil sistemində istifadə edilən normalar mədəni nailiyyətdir. Bəşəriyyət bütün tarix 
boyu əldə etdiyi ən yaxşıları gələcək nəslə ötürmüşdür. Ədəbi dil normaları da hər bir xalqın 
illərlə, bəzən əsrlərlə yaratdığı nailiyyətdir. Bununla belə Azərbaycan ədəbi dili tarixində uzaq 
keçmişdən bu günə kimi normalar sistemində ciddi dəyişikliklər olmuşdur. Lakin bu norma 
dəyişiklikləri mədəni ənənələrin pozulmasına heç bir xələl gətirməmiş, əksinə daha da 
təkmilləşmişdir.
Dildə 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin