18.
Мамедов А. Теоретические проблемы восстановления первичных корней в
тюркских языках// Azərbaycan filologiyası məsələləri. 2-ci bur. Bakı, 1984.
19.
Cəlilqızı Z., Azərbaycanda dil quruculuğu. Bakı, 1998.
20.Qurbanov A. Ümumi dilçilik. I cild. Bakı, Nurlan, 2004.
21.Рахманов Дж.А. Статистика-дистрибутивный анализ азербайджанского текста.
Дисс. канд. Филолог Наук. Баку.1988.
22.Принципы детализации знаков Азербайджанской письменности. Баку, 1986
23.Дрингер Д. Алфавит. М.,1963.
24. Истрин В.А. Возникновение и развитие письма. М.,1965.
NORMATİVLİK. ƏDƏBİ DİLİN ƏSAS NORMALARININ XARAKTERİSTİKASI
Dildə norma anlayışı
Norma
(lat.
norma
- qayda, nümunə) tarixən formalaşmış,
ictimailəşmiş,
sistemə
salınmış (kodifikasiya olunmuş) dil
vahidlərinin düzgün olmayan,
üstünlük verilməyən
variantlara qarşı qoyulmuş ən düzgün variantının istifadəsidir.
Norma dilin xarakterindən asılı olmayaraq mövcuddur və dilin daxili strukturunun ən
vacib, ən zəruri kəmiyyətidir (parametridir). Dünyada normasız dil yoxdur.
Dil norması (ədəbi
dilin norması) ədəbi dilin müəyyən inkişaf mərhələsində mövcud olur. O, dilin daşıyıcıları
tərəfindən aktiv şəkildə istifadə olunur.
Dil norması
dil vahidlərinin (söz, söz birləşməsi, cümlə) hamı tərəfindən qəbul edilmiş
vahid, nümunəvi
formasıdır. Norma dilin bütün sahələrini əhatə etməklə həm şifahi, həm də
yazılı nitqə aid edilir.
Dil normaları.
Norma dildə çox aydın, sadə funksiyanı yerinə yetirir.
Bu funksiya
dinləyənin danışanı başa düşməsi üzərində cəmləşir.
Eyni zamanda norma dildə
çoxşaxəli sistem təşkil edir, mürəkkəb xarakterlidir.
Dostları ilə paylaş: