Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   178
I CİLD (2)

32 fonemə uyğun gələn 32 qrafem
vardır. Deməli, 
əlifbanın 
kamilliyinin birinci kriteriyası
yeni əlifbamız üçün ödənilir. 
Əlifbanın kamilliyinin əsasında duran 
ikinci prinsip
bir 
qrafemin müxtəlif şəkildə 
oxunmasının
, yəni 
onun qarşılığının iki müxtəlif səs olmasının aradan
qaldırılmasıdır. 
Müxtəlif əlifbalar üçün bu meyar pozulur. Məsələn, ingilis dilində C hərfi sözdəki yerindən və 
özündən əvvəlki saitdən asılı olaraq (S) və (K) fonemlərinin qarşılığı kimi çıxış edə bilir.
Rus əlifbasındakı o saiti bir sıra sözlərdə (a) foneminin qarşılığı olur, digər hallarda bu 
hərf (o) fonemini ifadə edir.
Yeni Azərbaycan əlifbasında göstərilən cəhət yalnız K qrafeminə aiddir. Bu qrafem rus 
dilindən alınmış sözlərdə (K) tələffüz olunur. Lakin bu hal qeyd olunmuş meyarın pozulması 
deyildir. Boduen de Kurtenenin irəli sürdüyü yeddinci prinsipə görə dildə olmayan və ya 
işlədilməsi mümkün olan səslərin deyil, yalnız dilin öz səslərin yazıda ifadəsinə səy 
göstərilməlidir. 
Əlifbanın kamilliyinin 
üçüncü prinsip ikinci prinsipin xüsusi halıdır. Eyni səs bütün 
hallarda eyni işarə ilə ifadə
olunmalıdır. Əgər bir qrafem yalnız bir səsə uyğun gəlirsə, onda 
eyni səsə də bir qrafem uyğun gəlmiş olur. 
Dördüncü kriteriya
yazıda səsin tələffüzünü bildirməyən əlavə işarələrin 
olmamasıdır
. Rus dilində ğ və j işarələri belə funksiyada çıxış edir. Kiril əlifbasına daxil 
edilmiş apostrof da adekvat rolu oynamışdır. Yeni Azərbaycan əlifbasında isə belə əlavə işarə 
yoxdur.
Beşinci, altıncı və yeddinci 
meyarlar da Azərbaycan əlifbası üçün ödənilir.
Aparılmış təhlildən aydın olur ki, Boduen de Kurtenenin əlifbanın ideallığını yoxlamaq 
üçün təklif etdiyi yeddi prinsipin yeddisi də latın qrafikalı yeni Azərbaycan əlifbasında nəzərə 
alınmışdır. Buradan belə nəticə çıxır ki, fonem-qrafem uyğunluğu prizmasından yanaşıldıqda 
yeni əlifba idealdır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin