çəkir. Lakin qeyd edildiyi kimi yazı prosesi həm də əllə icra edilir. Əlifbanın kamilliyi bu
cəhətdən də aydınlaşdırılmalıdır.
Əlyazmanı qiymətləndirmənin iki əsas amilindən
biri
onun yerinə yetirilmə sürəti, digəri müxtəlif fonemləri ifadə edən qrafemləri bir-birindən
fərqləndirmə dərəcəsidir.
İkinci amil oxşar yazılışlı hərflərin əlyazmada qarışıq salınması,
onların oxunuşunun çətinliyidir. Məsələn, kiril əsaslı Azərbaycan əlifbasında (Ş) və (İ)
fonemlərini ifadə edən qrafemlərin kiçik hərf variantları bir-birinə oxşardır. Yazıda bu hərflərin
ardıcıl işlənməsi oxunuş üçün çətinlik törədir. Bu çətinliyi aradan qaldırmaq məqsədilə yazıda
əlavə diakritik işarələrdən istifadə olunur. Bu işarələrin yazıda istifadəsi dilin orfoqrafiya
normaları ilə qəbul olunmasa da, onların işlənməsi faktları qeydə alınır. Məsələn, şiş, şişman,
şişirtmək, təntimək, tətik , təpinmək və s.
Əlyazmanın yerinə yetirilmə sürətinə
təsir göstərən iki amili qeyd etmək lazım gəlir:
1) əlifbada istifadə olunan diakritik işarələr;
2) hərflərin çoxelementliliyi.
Dostları ilə paylaş: