əlifbadakı qrafemlərin sayı az idi. Azərbaycan əlifbası tərtib edilərkən Azərbaycan dilində
mövcud 32 fonemin hamısına uyğun qrafem yaradılması tələbi meydana çıxırdı. 32 fonem
üçün latın əlifbasından müstəqil qrafem götürmək mümkün deyildir. Azərbaycan dilinin xüsusi
fonemləri üçün əlavə hərflər qəbul edilmişdi. Bu hərflərin bir qismi latın əlifbasına məxsus
hərflər əsasında yaradılmış, digər qismi isə başqa dildən götürülmüşdü. 1929-cü
ildə tətbiq
olunan Azərbaycan əlifbasında 25 hərf (a, b, c, d, f, g, e, h, i, j, k, l, m, n, o, p, q, r, s, u, t, v, x,
y, z) latın əlifbasından götürülmüşdü. Bunlardan 6-sı sait (a, e, i, o, u, y), 19-u samitdir (b, c,
d, f, g, h, j, k, l, m, n, p, q, r, s, t, v, x, z). Halbuki Azərbaycan dilində 9 sait, 23 samit səs
vardır.
1929-cu il əlifbasına Azərbaycan dilinin qalan yeddi fonemini yazıda ifadə etmək üçün
qəbul edilmiş işarələr aşağıdakılar olmuşdur: (ç, n, z, ə, ö,
Ʒ
, I). Bu qrafik işarələrdən rus
əlifbasından götürülmüş (z) hərfi Azərbaycan dilinin [Ş] fonemini ifadə edirdi. Digər
fonemlərin ifadə olunması üçün latın əlifbasının məxrəcə görə yaxın fonemi ifadə edən hərfin
dəyişdirilməsi yolu ilə yeni qrafem qəbul olunmuşdu. C –Ç, O-Ö, İ–I, Z-Z, E -Ə. Bu əlifbaya
daxil edilmiş bir hərf latın qrafikasındakı e hərfinin 180 dərəcə
çevrilməsi yolu ilə əldə
olunmuşdur. Ö hərfi O hərfinə diakritik üfuqi düz xətt (-) işarəsinin artırılması yolu ilə
yaradılmışdır.
«Göründüyü kimi, latın əlifbası əsasında əlifba tərtib olunarkən fonetik prinsipə
əsaslanılmışdır. Ənənəvi-tarixi prinsipə görə isə layihəyə sağır nun (n
1
) və apostrof (‘) işarəsi
də əlavə edilmişdir. Bunlardan (n
1
) hərfi xüsusilə 1935-ci ildən
ədəbi dilimizdə işlənmədiyi
üçün 1938-ci il layihəsinə daxil edilmir. Lakin başqa türk dilli xalqların yeni əlifba
layihələrində (n
1
) qalırdı. Deməli, latın əlifbası əsasında yeni Azərbaycan əlifbası
düzəldilərkən ümumxalq dilində mövcud olan, dilin bütün dialektlərini əhatə edən mənalı
səslərə uyğun qrafik işarələr yaradılması əsas prinsip kimi alınır»(11, 49-50).
1933-cü ildə birləşdirilmiş və dəqiqləşdirilmiş yeni əlifba layihəsi tərtib edilmişdir. Yeni
layihədə Azərbaycan dili fonemləri artikulyasiyaya görə latın əlifbası hərflərinə
uyğunlaşdırılmışdır. C-Ç, g-q, u-y hərflərinin yerləri dəyişdirilmiş ь fonemi üçün sabit yazılış
şəkli müəyyənləşdirilmiş, (ш) fonemi üçün latın əlifbasında olan S hərfinə işarə artırmaqla yeni
şəkil Ş yaradılmışdır. Bu layihə rus qrafikası əsasında yaranan yeni əlifbaya keçilənə qədər
istifadə olunmuşdur.
1939-cü ilin 15 noyabrında latın əsaslı Azərbaycan əlifbasının kiril əsaslı
əlifba ilə
dəyişdirilməsi və yeni əlifbanın 1940-cı ilin yanvarından tətbiq olunması haqqında qərar qəbul
olunmuşdur. 1940-1990-cı illər ərzində tətbiq olunmuş kiril əsaslı Azərbaycan əlifbasında da
müxtəlif vaxtlarda bir sıra islahatlar aparılmışdır.
M.Şirəliyev, Ə.Dəmirçizadə, A.Axundov və F.Cəlilov rus əlifbasını Azərbaycan dili
üçün ən uğurlu saymışlar. Doğrudur, sonralar F.Cəlilov bu barədə keçmişdə yanlış
fikirdə
olduğunu söyləmişdir.
1980-ci illərin ikinci yarısından başlayaraq Azərbaycanda müstəqillik hərəkatı gücləndi.
Bu dövrdə ölkədə əlifbanın yenidən dəyişdirilməsi və latın əsasına keçirilməsi barədə ideyalar
ortaya atılmağa başlandı. 1990-cı ilin 11 sentyabrında yeni Azərbaycan əlifbasının
hazırlanması üçün komissiya yaradılması, layihənin hazırlanıb müzakirəyə təqdim
olunmasının komissiyaya tapşırılması haqqında qərar qəbul olundu. 18 dekabr 1991-ci ilə kimi
komissiya onun qarşısında qoyulmuş vəzifələri yerinə yetirdi. Beləliklə, Azərbaycanda daha
bir əlifba dəyişməsi baş verdi.
A.Axundov yeni əlifba layihəsinin qəbul edilməsi ərəfəsində yazırdı: «Yaxın altmış ildə
əlifbamızı üç dəfə dəyişməklə mədəniyyət tarixi üçün «nümunə» olmuşuq. Elə edək ki, daha
bu dəfə «nümunə» olmayaq» (12). Bu fikirlər yeni latın əsaslı əlifbanın qəbul edilməsi
prosesində nöqsanlara yol verməmək üçün xəbərdarlıq kimi səslənirdi.
Doğrudan da, latın əsaslı yeni əlifbanın qəbul edilməsi
prosesi geniş mübahisə və
müzakirələrlə keçmişdir. Müzakirəyə təqdim olunmuş layihələrdə oxşar cəhətlər çox olsa da,
onların bir-birindən fərqləri də az deyildi. Əsas mübahisələr Azərbaycan dilinə məxsus spesifik
hərflərə uyğun işarələrin qəbul edilməsi ilə bağlı olmuşdur. Yeni latın əsaslı əlifba layihələrinin
müzakirəsi prosesində üzə çıxan mübahisəli məsələləri daha yaxşı qiymətləndirmək məqsədi
ilə ilk növbədə ideal əlifba məsələsini nəzərdən keçirmək yerinə düşərdi.
Dünyada müxtəlif fonetik əlifbaların yarandığı dövrdən onların təkmilləşdirilməsi
istiqamətində araşdırmalar aparılmış, bu və ya digər əlifbanın qüsurlu və müsbət cəhətləri
aydınlaşdırılmışdır. Bir sıra xalqlar əlifbalarında qüsurlu cəhətlərin çox olmasına baxmayaraq,
ilk əlifbanı dəyişməyə cəhd göstərməmişlər. Əlifbaların dəyişdirilməsi
prosesini izləyərkən,
daha çox dillərin latın əsaslı qrafikaya keçməsi ilə üzləşirik.
Dostları ilə paylaş: