Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


əlifba  adlanır. Əlifbadakı işarələrin düzülüş ardıcıllığının



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   178
I CİLD (2)

əlifba 
adlanır.


Əlifbadakı işarələrin düzülüş ardıcıllığının
hansı qanunauyğunluq əsasında 
aparılmasını aydınlaşdırmaq və izah etmək mümkün deyildir. Bununla yanaşı, düzülüşə təsir 
göstərən bəzi meyarlar hiss olunur. Məsələn, 
işarənin oxşarlığı

səslərin məxrəc yaxınlığı
və 
s. Qeyd etmək lazımdır ki, düzülüş üçün müəyyən prinsipin əsas götürülməsi əhəmiyyətlidir. 
Məsələn, Azərbaycan əlifbası üçün latın əlifbasının düzülüş ardığıllığı baza funksiyasını yerinə 
yetirir. Spesifik hərflərin latın əlifbasına artırılması yazı oxşarlığı, səs oxşarlığı əsasında 
aparılmışdır. Məsələn 
C, Ç; S, Ş; E, Ə
və s.
Azərbaycan ərazisində daha qədim tarixə malik əlifbanın mövcudluğu elmdə təsdiq 
olunmuş faktdır. Q.Voroşil erkən orta əsr mənbələrində bizim eranın 6-cı əsrinin əvvəllərində 
aran (Azərbaycan) yepiskopu Kardastın Şimali Azərbaycan və Cənubi-qərbi Dağıstan hunları 
üçün türk yazısını yaratmasının qeyd olunmasını göstərir (7,76). Bu fakt A.M.Şerbakın və 
A.N.Kononovun əsərlərində də səslənmişdir (8, 81; 9, 7). 
1970-ci ildə Dağıstan ərazisində üstü yazılı yastı daş tapılmışdır. Daşın hər iki tərəfində 
yazılar vardır. Bu yazılar əlifba hərflərinin işarələri şəklindədir. Eramızın III-VII əsrlərinə aid 
edilən bu yazılı abidə üzərində Azərbaycanda istifadə olunmuş əlifbanın 44 işarəsi həkk 
olunmuşdur. Qeyd etmək lazımdır ki, bu işarələr 1948-1952-ci illərdə Mingəçevir Su Elektrik 
Stansiyasının tikintisində torpaq işlərinin görülməsi zamanı tapılmış, eramızın V-VII əsrlərinə 
aid edilən səkkiz epiqrafik abidədəki işarələrlə oxşardır. Bu da Azərbaycan və indiki Dağıstan 
ərazilərində hələ eramızın V əsrində istifadə olunmuş qədim əlifba haqqındakı faktların 
doğruluğunu bir daha təsdiq edir (10, 130-131).
Qədim run-türk əlifbasını latın, Azərbaycan ərazisindəki alban əlifbasını ərəb əlifbası 
sıxışdırıb istifadədən çıxarmışdır. Hazırda dünyada latın, slavyan və ərəb əsaslı əlifbalar geniş 
yayılmışdır. 
Yeri gəlmişkən onu da qeyd edək ki, qədim əlifbalar yazının istiqamətinə görə də bir-
birindən fərqlənmişdir. Yazının hansı istiqamətdə yazılmasından asılı olaraq yazılar əsas iki 
yerə bölünür: 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin