Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Ərəb əlifbasının dəyişdirilməsinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   178
I CİLD (2)

Ərəb əlifbasının dəyişdirilməsinin
ilk təşəbbüskarlarından biri görkəmli Azərbaycan 
mütəfəkkiri 
M.F.Axundov
olmuşdur. Onun əlifba islahatı ilə bağlı cəhdləri bu fikrin 
yayılmasında əsaslı rol oynamışdır. Sonralar əlifbanın dəyişdirilməsi meyli daha da güclənmiş, 
əlifbanın dəyişdirilməsinin tərəfdarları artmışdır.
1901-1920-ci illərdə Azərbaycan əlifbasının dəyişdirilməsi məsələsi müzakirə və 
mübahisə obyekti olsa da, əlifba dəyişməmiş qalmışdır.
25 avqust- 5 sentyabr 1907-ci il tarixdə Azərbaycanda latın əsaslı əlifba layihəsi müzakirə 
olunmuşdur. Eyni zamanda F.Ağazadənin bu dövrdə hazırlanmış «Əlifba» dərsliyi müzakirəyə 
qoyulmuşdur. O dövrdə irəli sürülmüş layihədə sağır nuna uyğun gələn hərfin, eləcə də 
gələcəkdə Z(c) hərfinin əlifbadan çıxarılması ideyası irəli atılırdı. Lakin bu müzakirələr müsbət 
nəticə verməmiş nə layihə, nə də əlifba qəbul edilməmişdir.
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə
əlifba islahatı
məsələsi də dövlət 
səviyyəsində qoyulmuş və müsbət həll edilmişdi. Cümhuriyyətin maarif xadimləri çətin 
öyrənilən ərəb qrafikası ilə kütləvi savadlandırmanın çətin olduğunu görürdülər. Əlifba islahatı 
ilə əlaqədar həm ictimaiyyətdə, mətbuatda, həm də əski əlifbanın müdafiəçiləri ilə latın 
qrafikalı Azərbaycan əlifbası tərəfdarları arasında mübarizə və mübahisələr gedirdi. Əski 
əlifbanı müdafiə edənlər iddia edirdilər ki, əlifbanın dəyişdirilməsi bizi ədəbiyyatımızdan, 
mənəvi sərvətlərimizdən, həmçinin Şərq mədəniyyətindən ayrı salar. Lakin yeni əlifba 
tərəfdarları vaxtı əldən vermədilər. 1919-cu il 21 mart tarixli Nazirlər Şurasının iclasında 
hökumətin üzvü Xudadad bəy Məlik Aslanovla birlikdə
 
Yollar nazirinə tapşırıldı ki, ərəb 
əlifbasının islahı üçün xüsusi komissiya yaratsınlar. 
1919-cu il avqustun 19-da keçirilən yığıncaqda komissiya ona təqdim olunan layihələri 
müzakirə etdi. Qeyd etdi ki, komissiyaya üç müxtəlif layihə təqdim olunmuşdu. Bunların 
müəllifi Məhəmmədağa Şahtaxtlı, Abdulla bəy Əfəndiyev, Abdulla Tağızadə ilə Əziz Seyidov 
idi. Əlifba komissiyasının gərgin işindən sonra Abdulla bəy Əfəndiyevin layihəsi parlament 
tərəfindən bəyənilir və Xalq Maarif Nazirliyinə tapşırılır ki, ətraflı tanışlıq üçün tabeliyində 
olan bütün təhsil müəssisələrinə göndərilsin. 
Lakin iqtisadi çətinlik, maliyyə vəsaitinin olmaması və əsasən də vəziyyətin kəskin 
şəkildə dəyişməsi bu məsələnin tam həllinə imkan vermədi. 
Z.Cəlilqızı sovet dövründə Azərbaycanda əlifba islahatı məsələsini üç dövrə bölür: a) 
1920-1929-cu illər; b)1930-1939-cu illər; c) 1940 - 1990-cı illər (19, 46). 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin