Yazının yaranma tarixi çox qədimdir. Onun əlifbadan əvvəlki
dövrü piktoqrafik və
ideoqrafik yazı ilə seçilir.
Yaranma tarixi, forma və səbəblərindən asılı olmayaraq qədim yazılar müasir dövrdə
istifadə etdiyimiz müxtəlif yazı sistemlərinin əcdadı sayıla bilər. Amerikalı tarixçi və yazı
sistemlərinin ən məşhur tədqiqatçısı İ.Qelb yazının inkişafını üç mərhələyə bölür: 1) qeyri-yazı
(şəkillərlə olan yazı – bu yazı formasında istifadə olunan şəkillər ifadə etdikləri məna ilə şərti
rabitəyə malik olmamışdır); 2) protoyazı (bu yazının əsasında ideoqrafik prinsip durmuşdur.
Yazı mahiyyətin qeyd olunması məqsədi daşımışdır); 3) əsl yazı (fonoqrafik yazı prinsipi olub
səsi yazmağı əhatə edir).
Qeyd etmək lazımdır ki, üçüncü mərhələdə mövcud olan sillabik (hecalı, heca-hərfli)
yazılar da fonoqrafik yazı sisteminə aid edilir.
İşarənin hecaya uyğunluğu əsasında yerinə yetirilmiş yazılara heca yazısı, sillaboqrafik
yazı deyilir.
Sillaboqrafik yazının ən qədim nümunələrindən biri şumer yazılarıdır. Məşhur tarixçi
İ.M.Dyakonov qeyd edir ki, qədim heca işarələri eramızdan qabaq üçüncü minilliyin əvvəlində
şumer yazısında əmələ gəlmişdir (5, 42).
Şumerlərin dilinin türk dillərinə yaxın olması fikri hələ ötən əsrin birinci otuzilliyində
elmi ədəbiyyatda özünə yer tapmışdır. Məşhur qazax yazıçısı və tədqiqatçısı Oljas Süleymenov
bu fikrin əsas tərəfdarlarından biri olmuşdur. (6, 162-194) Sonralar bu fikir inkişaf etdirilmiş,
onun faktlarla əsaslandırlması istiqamətində tədqiqatlar aparılmışdır (18, 5-21).
Şumer yazılarındakı işarələr mismara, mıxa bənzər formalarda yerinə yetirilmişdir. Bu
yazılar farsca mixi yazıları adlanmışdır. Həmin termin
Azərbaycan dilində də qəbul
olunmuşdur. Şumer yazıları gil lövhələr üzərinə yazılmış, lövhələr odda yandırılmışdır.
Nəticədə şumer yazılarının qorunub saxlanması mümkün olmuşdur. Qeyd olunduğu kimi,
şumer yazıları sillaboqrafik yazılardır. Sillabik əlifbanın düzəldilməsi
üçün daha çox işarə
tələb olunur. Hesablamalar göstərir ki, sillabarinin düzəldilməsi üçün 50-dən başlayayaraq
200-ə və daha artıq simvoldan istifadə etmək lazım gəlir. Bu da sillabik yazılarda işarələrin
çoxluğunu bir daha təsdiqləyir. Şübhə yox ki, yalnız düz xətt parçaları ilə kifayət qədər işarə
yaratmaq
mümkün olsa da, yaradılan işarələrin mürəkkəb deyil, sadəliyi də vacib idi.
Heca və ya fonoqrafik yazı üçün nəzərdə tutulmasından asılı olmayaraq yazı
işarələri
şəkillərdən həndəsi fiqurlar əsasında düzəldilən işarələrə doğru inkişaf yolu keçmişdir.
Piktoqrafik yazılarda şəkil onda təsvir olunan obyektə oxşarlıq əsasında qurulurdusa, sonrakı
mərhələdə işarələmə əsas olmuşdur. Yəni işarənin müəyyən hərfə və ya hecaya uyğunluğu
qəbul olunmuşdur. Bu cür işarələr isə həndəsi fiqurlar, elementlər əsasında yerinə yetirilmişdir.
İlk dövrlərdə düz xətt parçalarından daha çox istifadə edilmişdir. Lakin işarələrin sayının
artırılması lazım gəldikcə yazıya daxil edilən başqa həndəsi fiqurlar çoxaldılmışdır.
Təbii ki, yazıda istifadə olunan hərflərin müəyyən bir sistemə salınması da yazı
işarələrinin yarandığı ilk dövrlərdə düşünmə və araşdırma obyekti olmuşdur. İlk yazı
işarələrində sistemlilik hərflərin bir-birinə oxşarlığı, düzəldilmə ardıcıllığı ilə götürülmüşdür.
Sistem hərflərin həm müəyyən ardıcıllıqla düzülməsini, həm də hərfin, qrafemin ifadə etdiyi
səslərin, fonemlərin qanunauyğun əsasda bir-birini izləməsini əhatə etməli idi.
Hərflərin
düzülüşündə işarələrin yaradılmasındakı oxşarlıq əsas götürülürdüsə,
səslərin bir-birini
izləməsində onların yaxın məxrəclərdə tələffüzü, bir-birinə qarşı qoyulması
amili nəzərə
alınmışdır.
Bu iki prinsip:
1) hərflərin müəyyən ardıcıllıqla düzülməsi;
2) müəyyən dil üçün hərflərin ümumi sayının dəqiqləşdirilməsi əlifbanın yaranmasına
gətirib çıxarmışdır.
Müəyyən dilin fonoqrafik yazı sistemində istifadə olunan hərflərinin qəbul olunmuş
düzülüşlü
toplusu
Dostları ilə paylaş: