Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   178
I CİLD (2)

şaquli
və 
üfuqi
yazılar.
Şaquli yazıların iki növü vardır:
a) 
sağdan sola şaquli yazılar
; bu yazıda heroqliflər yuxarıdan aşağıya doğru alt-alta, 
sətirlər isə sağdan sola sıralanır. Bu yazı formasından çinlilər, yaponlar və koreyalılar istifadə 
etmişlər. Hazırda Çində üfuqi yazı formasından istifadə olunur;
b) 
soldan sağa şaquli yazılar
;
bu yazıda hərflər yuxarıdan aşağıya yazılır. Sətirlər isə soldan sağa sıralanır. Monqol və 
mancurlar bu yazı formasından istifadə etmişlər. 
Üfuqi yazı
formaları daha geniş yayılmışdır. Üfuqi yazıların üç forması vardır: a) sağdan 
sola; b) sağdan sola, soldan sağa; c) soldan sağa. 
İkinci növ yazı üsulu 
bustrofedon
yazı adlanır. Onun qüsurlu cəhəti ondadır ki, istiqamət 
dəyişdikdə hərflərin yazılışı güzgüvari şəkildə dəyişir. Məsələn, E, K və s. 
Azərbaycan yazılı abidələrinə, Azərbaycan dili tarixinə dair araşdırma və tədqiqatlar 
göstərir ki, bu günə gəlib çatmış qədim yazılı abidələrimiz ərəb əlifbası əsaslıdır. Ərəb qrafikalı 
Azərbaycan əlifbası uzun əsrlər boyu Azərbaycan dilinə, mədəniyyətinə xidmət etmişdir.
Ərəb qrafikalı əlifbanın dəyişdirilməsi zərurəti.
Ərəb əlifbasında türk dillərinin 
saitlərini əks etdirən xüsusi işarələrin olmaması, bir neçə səsin bir işarə ilə yazılması həmin 
əlifbanın türk dillərinin əlifbası kimi işlədilməsində zaman-zaman müəyyən çətinliklər 
meydana çıxarmışdır. Azərbaycan dili üçün də bu çətinliklər mövcud olmuşdur. Ərəb 
əlifbasının istifadəsindən irəli gələn nöqsanlar əsasən aşağıdakıları özündə birləşdirir: 
1) Azərbaycan dilində olan bir sıra fonemlərə uyğun gələn səslərin ərəb dilində yalnız 
tələffüzə görə fərqlənməsi nəzərə alınaraq onların əlifbada bir neçə işarə ilə ifadə olunması 
(məsələn, v, s, y, z, t, h);


2) ərəb əlifbasında işlədilən hərflərin sözdə işlənmə yerindən asılı olaraq bir qisminin 
dörd, digər qisminin 2 işlənmə şəklinin olması; 
3) ərəb əlifbasındakı 28 hərfdən 16 hərf müstəqil işarəyə malik idi. Qalan 12 hərf diakritik 
işarələrlə bir-birindən fərqləndirilirdi;
4) ərəb əlifbasında Azərbaycan dilinin saitlərini ifadə etmək üçün müxtəlif diakritik 
işarələrdən istifadə olunurdu; ərəb əlifbasında cəmi dörd sait üçün işarə vardır, bu dörd işarə 
də işlənmə yerinə görə müxtəlif səsləri ifadə edə bilirdi;
5) yazı prosesində istifadə edilən əlavə işarələrin orfoqrafik və orfoepik səhvlərin 
buraxılmasına səbəb olması;
6) imla qaydalarını yaratmaqda, habelə tədris işində çətinliklər.
Bütün bu nöqsanlı cəhətlər ərəb əlifbasının dəyişdirilməsi zərurətini ortaya çıxarmışdı. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin