k ] səsi türk mənşəli Bakı,
külək, çörək sözlərindəki K səsindən fərqlənir. A.Ələkbərov yazır: «
k fonemi
dilarxası, kar,
kipləşən samit olub ədəbi tələffüzdə adətən yalnız arxa sıra saitlərindən əvvəl işlənir. Qeyd
etmək lazımdır ki,
k səsi Azərbaycan dilinə heç vaxt yad olmamışdır. Məsələn, toqqa, çaqqal
kimi sözlərdəki qoşalaşmış samitlərdən ikincisi imploziv
k kimi tələffüz olunur»(14, 88).
A.Axundov da
k səsini Azərbaycan dilinin fonemlər sisteminə daxil edir. Bir sıra tədqiqatçılar
isə bu fikirlə razılaşmırlar. V.Y.Pines yazır: «Azərbaycan dilinin daşıyıcısının artikulyasiya
ukladı /
k/ səsinin tələffüzünə
imkan verir. Buna baxmayaraq bu səs hələ ki, Azərbaycan dilinin
fonoloji sisteminin müstəqil vahidi deyildir» (16).
Azərbaycan dili fonemlərinin statistik təhlili (Seçmənin həcmi N=102600 işarə) göstərir
ki, bu səs yalnız (C) fonemindən (işlənmə tezliyi F=5) yüksək tezliklə işlənir (F=159) (21).
Kiril əsaslı Azərbaycan əlifbasına hərf səciyyəsi daşımayan, səsin uzun tələffüzunu
bildirən bir diakritik işarə (‘) –
apostrof daxil edilmişdi. Azərbaycan dilinin lüğət fondundakı
ərəb mənşəli bir sıra sözlərdə (Ə, E, Ö) foneminin düzgün tələffüz edilməsi məqsədi ilə
əlifbaya daxil edilmiş bu işarə yazı prosesində müəyyən çətinliklərə səbəb olurdu. İşarənin
işlədilməsi yazı sürətinin aşağı düşməsi ilə nəticələnir, sözlərdəki hərflərin bir-biri ilə
birləşməsinə mane olurdu. Bu isə bir sözün iki hissəyə parçalanmasını, qələmin yazıdan üç
dəfə ayrılmasını tələb edirdi. Tərkibində uzun Ə, E, Ö saitlərinin işləndiyi ərəb mənşəli
sözlərin Azərbaycan dilinin lüğət tərkibindəki sayı azdır. Eyni zamanda belə sözlərin dildə
işlənmə tezlikləri də yüksək deyildir (15 ,252; 16, 67).
Apostrofun Azərbaycan əlifbasından çıxarılması hələ kiril əlifbasının işlədildiyi dövrdə
dəfələrlə müzakirə obyekti olmuşdur.
Yeni Azərbaycan əlifbasına apostrof işarəsi daxil edilməmişdi. Buna baxmayaraq orta
məktəb dərsliklərində bu işarə istifadə olunurdu. Yeni əlifba ilə çap olunmuş bir sıra qəzet və
kitablarda da apostrofun istifadə olunması halları müşahidə edilirdi. Lakin bu yanlış meyl indi
aradan qaldırılıb.
Latın qrafikalı yeni əlifbanın layihəsinin müzakirəsi zamanı da apostrof ətrafında elmi
mübahisələr getmişdir. Bu dövrdə F.Cəlilov «Ədəbiyyat və incəsənət» qəzetində «Apostrof
lazımdırmı?» məqaləsi ilə çıxış edir. Məqalə geniş müzakirəyə səbəb olur. A.Axundov
müzakirəyə təqdim olunmuş məqalələrdəki fikirləri təhlilə cəlb edir və apostrofun dilimizdən
çıxarılmasının daha düzgün olması qənaətinə gəlir. Beləliklə, apostrof yeni Azərbaycan
əlifbasının işarələr sisteminə salınmır.
Azərbaycan əlifbasına daxil olmayan işarənin işlədilməsi dilin orfoqrafiya normalarına
uyğun deyildir. İşarənin orta məktəbdə tədris prosesində istifadəsi bu və ya digər dərəcədə
özünü doğrultsa da, ümumən qüsurlu cəhətdir. Tədris prosesində tərkibində uzun Ə, E, Ö
saitlərinin olduğu sözlərin istisna hallar kimi öyrədilməsi məqsədəuyğundur. Müxtəlif dillərdə
belə istisna hallar dilin öyrədilməsi prosesində nəzərə alınır.
Yuxarıda göstərilənlərə əsaslanaraq demək olar ki, qeyd olunan iki səs ətrafında gedən
mübahisələr nəzərə alınmazsa, Azərbaycan dilinin fonemlər sistemində 32 fonemin olması
faktı tam təsdiqlənir.
Dilin yeni əlifbasında da