ifadəli nitqini şərtləndirən müxtəlif şəraitləri qeyd
edir:
-təfəkkürün sərbəstliyi, nitqin müəllifinin düşüncə tərzi;
-natiqin danışdığına, nə haqqında və kimə danışdığına və yazdığına münasibət;
-dilin ifadəlilik imkanlarını yaxşı bilmək;
-dil üslublarının xüsusiyyət və əlamətlərini yaxşı bilmək;
-nitq vərdişlərinin sistemli və düşünülmüş məşqi;
-öz nitqinə nəzarət etmək, nəyin ifadəli, nəyin şablon və boz, süni olduğunu ayırd
etmək;
-natiqin məqsədyönlü, düşünülmüş şəkildə ifadəli danışmaq və yazmaq fikri;
- psixoloji olaraq ifadəli danışmağa köklənmək (6, 185-187).
İfadəliliyin əmələ gəlməsində dilin bütün yarusları,elecə də üslubiyyat və
intonasiya,vurğu iştirak edir. Bura çox zaman nitqin quruluşunu, ardıcıllığını,onun
dinamikasının yaranmasında yaxından iştirak edən
abzas, fasilə, kompozisiya kimi anlayışları
da daxil edirlər. Nitqdə ifadəliliyin təmin edilməsində aparıcı vəzifə leksika ilə semantikanın
üzərinə düşür. Bu dilin məcazlar sistemi, omonim, antonim, emosional-ekspressiv dil
vahidlərinin köməyi ilə baş verir.
İfadəliliyin əmələ gəlməsində leksik qat ilə yanaşı,sintaksisin də rolu az deyil. Bu
keyfiyyətin əmələ gəlməsində
sintaktik təkrarlar və ritorik suallar nitqə,mətnə xüsusi rəng
verir. Məsələn,
Yenə ay işığında
Qumlar sanki
incidir .
Körpə balam,həsrətin
Məni yaman
incidir (N.Rəfibəyli).
İnac daş olur,gah da su olur,
Gah
sevinir, gah da
peşiman olur.
Bir anın içində gah sakit quzu,
Gah da çalxalanan ümman olur (B.Vahabzadə).
Birinci parçada ifadəlilik omonimlər, ikincidə antonimlər vasitəsilə yaranmışdır.
İfadəliliyin təmin olunmasında