Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


ritorik suallar, qrammatik vasitələr



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   178
I CİLD (2)

ritorik suallar, qrammatik vasitələr
də xüsusi 
rol oynayır. M.Müşfiq doğma vətənə,torpağa məhəbbəti ifadə etmək üçün bu üsullardan 
məharətlə istifadə etmişdir:


Bir yanda tərlanlar,dumanlı dağlar, 
Bir yandan kəkliklər, bulaqlar,
Bir yandan sünbüllər,çiçəkli bağlar, 
Mən bu tamaşadan necə əl çəkim?
Məhşur "Yenə o bağ olaydı" şeirində isə M.Müşfiq bütün əsər boyu hərəkəti feilin arzu 
şəklində ifadə edərək,ritorik sualların müşayiəti ilə əsəri ifadəli bir nəğməyə çevirmişdir:
Yenə o bağ olaydı, 
Yenə yığışaraq siz, 
O bağa köçəydiniz. 
Biz də muradımızca 
Fələkdən kam alaydıq, 
Sizə qonşu olaydıq. 
Səni tez-tez görəydim, 
Qələmə söz verəydim, 
Hər gün yeni bir nəğmə, 
Hər gün yeni bir ilham, 
Yazaydım səhər, axşam. 
Arzuya bax,sevgilim. 
Tellərindən incəmi? 
Söylə ürəyincəmi?
İfadəliliyin dildə təzahür etmə yolları mürəkkəb prosesdir. Bu proses ilk öncə dilin 
şifahi və yazılı formalarında öz əksini tapır. Hər iki formada ifadəlilik dilin bütün sistemlərinin 
iştirakı ilə reallaşır. Lakin yazılı nitqdən fərqli olaraq şifahi nitqdə ifadəliliyin əmələ gəlməsi 
təzahürü üçün daha geniş imkanlar mövcuddur, çünki dialoq və monoloqlardan ibarət olan 
şifahi nitq hər şeydən əvvəl səslənən nitqdir. Hər bir ifadəli nitq eyni zamanda psixoloji məqsəd 
daşıyır. Şifahi nitqdə səslənən dil vahidləri səslənərkən, insanın psixoloji-fizioloji sistemi ilə 
müşayiət olunur, birlikdə 
tələffüz, temp, ritm, tembr, mimika, hərəkət
kimi anlayışlarla 
vəhdət təşkil edir. Bu isə öz növbəsində nitqin texnikasını təmin edir. Bu təhsil prosesində 
təlim-tərbiyənin,tədrisin daha da effektli alınmasına təsir göstərir. Bu prosesin aktyorluq 
sənətində rolu xüsusilə əhəmiyyətlidir.
Nitqin ifadəliliyi bədii ifadə vasitələri olan məcazlarla, fiqurlarla məhdudlaşmır. Nitqdə 
dilin bütün səviyyələri sözlərdən tutmuş sintaksis və üslublara qədər, ifadəliliyin gözəl 
nümunələri əks olunmalıdır. Ayrı-ayrı leksik vahidlərin seçilməsi, sıralanması, 
həmcinsləşməsi, leksik-semantik söz qrupları, məcazlar sistemi, qrammatik vasitələr və geniş 
ifadəlilik imkanları yaradır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin