Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə114/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   178
I CİLD (2)

ünsiyyət aktı
özlüyündə 
başlanğıc, əsas hissə və nəticədən
ibarətdir. Düzgün 
etiket qaydalarına görə tanış olmayan şəxslə söhbətə girmək və 
özünü təqdim etmək
qəbul 
edilmir. Lakin bunu etmək lazım gəlir. Bu zaman 
etiket 
aşağıdakı formaları nəzərdə tutur: 
-İcazə ver(in) sizinlə(səninlə) tanış olaq. 
-Mən sizinlə(səninlə) tanış olmaq istərdim. 
-İcazə verin tanış olaq. 
-Gəlin tanış olaq. 
-Tanış ola bilərikmi? 
Hər hansı idarə, müəssisə, təşkilat və ofisə gələrkən, məmurla danışıq zamanı ona özünü 
təqdim etmək üçün bu formalardan istifadə edilir; 
-İcazə verin özümü təqdim edim. Rəhman Əliyev .... firmasının (vəzifə deyilir. məs, 
hüquqşünası). 


-Mənim soyadım... 
-Mənim adım... 
Əgər gələn özünü təqdim etmirsə, bu zaman məmur özü soruşur; 
-Sizi(səni) eşidirəm. 
-Özünüzü(özünü) təqdim edin(et). 
-Adınız,soyadınız(adın,soyadın) necədir? 
Bir çox xarici ölkələrdə bu məqamlar üçün artıq çoxdan 
vizit kartlar
istifadə olunur. 
Vizit kartı təqdimat zamanı verilir. Vizit kartı təqdim olunan şəxs onu götürməli və ucadan 
oxumalıdır. Əgər söhbət kabinetdə baş verirsə, o vizit kartını stolun üstündə, əlinin altında 
saxlamalıdır. Bu müraciət edərkən səhv etməmək üçün, həmsöhbətinin düzgün adlandırılması 
üçündür. Təqdimetmə çox vaxt vasitəçi vasitəsilə olur.
Vasitəçi 
təqdimetmə qaydalarını
təyin edərkən , etiket formalarını seçərkən, xidməti 
vəziyyəti, yaşı, cinsi, təqdim olunan şəxslə əvvəlcədən tanış olub olmadıqlarını, və ya haqqında 
məlumatlı olduğunu nəzərə çatdırır. 
Təqdimat bir və ya ikitərəfli ola bilər. Sonuncu müşavirəyə, iclasa, təntənəli yığıncağa, 
görüşə toplaşanlara bu tədbiri keçirən təşkilatçıların, yaxud bir-biri ilə tanış olmayan 
iştirakçıları təqdim edərkən baş verir. Bu zaman təqdimat formaları belə olur; 
-Buyurun, tanış olun. Adil İsgəndərov, -Talıb Rəhimli. 
Bəzən təqdimatdan sonra xüsusi ilə qeyri-rəsmi şəkildə tanış olanlar müəyyən replikalardan 
istifadə edir: 
-Çox xoşdur(şadam). 
-Mən çox şadam(məmnunam, xoşbəxt oldum). 
-Sizinlə tanışlıqdan məmnun oldum. 
Etiket həmçinin müəyyən 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin