Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Kompliment. Nitq etiketlərində  komplimentlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə117/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   178
I CİLD (2)

Kompliment.
Nitq etiketlərində 
komplimentlər
də az əhəmiyyət daşımır. Yerində və 
taktik deyilən kompliment qarşıdaki şəxsin əhval-ruhiyyəsini qaldırır. Öz opponentini müsbət 
münasibətə kökləyir. Kompliment görüş zamanı söhbətin əvvəlində, tanışlıq, ayrılıq zamanı 
söylənir. Kompliment həmişə xoş təsir bağışlamalıdır. Yalnız qeyri-səmimi, coşqun, ehtiraslı, 
kompliment xatirinə deyilmiş kompliment müsbət nəticə vermir və bir növ təhlükəlidir. 


Kompliment adresatın xarıcı görünüşü, şəxsi, professional, yüksək əxlaqi keyfiyyətlərinə aid 
edilir, ümumiləşdirici müsbət qiymət olur. Kompliment söyləmək incə işdir və onu 
söyləyəndən yüksək tərbiyə tələb edir. Kompliment söylənərkən milli xüsusiyyətlər 
gözlənilməlidir. 
Müraciət forması
da bir neçə funksiyanı yerinə yetirir. Bunlardan ən başlıcası 
həmsöhbətinin
diqqətini cəlb etməkdir.
Bu 
vokativ
funksiyadır. Müraciət şəxs adlarına, 
qohumluq 
münasibətinə(ata, 
əmi, 
dayı), 
cəmiyətdəki 
mövqeyinə, 
ixtisasına, 
vəzifəsinə(prezident, nazir, direktor, mühəndis, həkim), yaşına və cinsinə görə(ağsaqqal, 
ağbirçək, cavan oğlan) müəyyən edilir. Müraciət formaları vokatik funksiyası ilə yanaşı, uyğun 
əlamətlərinə görə də seçilir. Müraciət 
qiymətləndirici, emosional-ekspressiv çalarlı ola 
bilər. 
Müraciət forması. 
Yəqin bizim qədər müraciət formalarına həm olduqca həssas, bəzən 
də çox etinasız yanaşanlar yoxdur. “Ay kişi”, “ay arvad”, “ay xanım”, “əmi”, “dayı”, “bibi”, 
“xala”, “ay bala”, “ay uşaq”, “ay qız”, “ey”, “gözəl” və bizə məlum daha kobud müraciət 
formaları. 
Bu müraciət formaları cəmiyyətdə bəzən müsbət, çox zaman isə mənfi qarşılanır: “xala 
özünsən”, “mən uşaq deyiləm” və s. 
Bu zaman sintaktik vahid olan müraciət forması, cəmiyyətdə sosial əhəmiyyətli 
kateqoriyaya çevrilir. 
Bu müraciət formalarının xüsusiyyəti ondadır ki, onlar həm adresat, həm də adresatı 
xarakterizə edir, onun tərbiyəsini,mədəni səviyyəsini, həmsöhbətinə münasibətini, emosional 
vəziyyətini müəyyən edir. 
Nümunə kimi verilən bu müraciət formaları qeyri-rəsmi şəraitdə istifadə olunur, yalnız 
bəzi müraciət formaları, məsələn, şəxsin rəsmi adı, vəzifəsinə, peşəsinə görə müraciət formaları 
isə rəsmi şəraitdə də istifadə olunur. 
Qərbdə, Avropada isə eyni müraciət formaları cəmiyyətdə yüksək mövqe tutan şəxsə 
olduğu kimi siravi, sadə vətəndaşa da ünvanlanır: mister, missis, miss (İngiltərə, ABŞ), sinyor, 
sinyora, soinyorita (İspaniya), sinyor, sinyora, sinyorina (İtaliya), pan, pani (Polşa, Çexiya, 
Slovakiya). 
Təsadüfən taksiyə əyləşmiş milyoner sürücüyə “müsyö” deyə müraciət edir, sürücü də 
qapını ona açaraq: “Sil vu ple, müsyo!” deyir. 
Böyük Oktyabr inqilabına qədər Azərbaycanda müraciət təbəqələrə, zümrələrə görə 
müəyyən olunurdu. İnqilabdan sonra cəmiyyətin bütün üzvləri arasında elan edildikdən sonra 
xan, bəy, ağa kimi müraciət formaları aradan qalxır. Yalnız diplomatik dildə beynəlxaql 
nəzakət formaları saxlanılır. Yenidən müstəqillik illərində müraciət formaları xarakterinə görə 
bir qədər dəyişir.
Zənnimizcə, müasir dövrümüzdə müraciət formalarının xarakterinə görə 
dəqiqləşdirilməsi sosial əhəmiyyətli kateqoriya kimi işlənməsi, təkmilləşməsi zəruridir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin