İlk dəfə
funksional üslub
XX
əsrin əvvəllərində
Praqa dilçilik dərnəyinin
nümayəndələri tərəfindən istifadə edilmişdir. Onlar öz tədqiqatlarında qeyd edirdilər ki, təbii
dili müxtəlif üslublara bölmək olar. Yerinə yetirdiyi kommunikativ funksiyadan asılı olaraq
sonra bu nəzəriyyə dilçilikdə inkişaf etdirilməyə başladı.
Funksional üslubların formalaşması ictimai təcrübənin tələbi ilə şərtlənir və onların
yaranması dilin inkişafının ən yüksək mərhələsinin göstəricisidir.
Funksional üslublar indi
qapalı sistem təşkil etmir, artıq onların sərhədləri aradan götürülüb, bir növ silinib. Bir çox
əlamətlər eyni vaxtda bir neçə üslubu xarakterizə edə bilər. Məsələn, publisistik üslub özündə
bir çox üslubların əlamətlərini cəmləşdirir. Burada bədii üslubun obrazlılığı;
elmi üslubun
terminoloji leksikası üstünlük təşkil edir; dili sadə, aydın, dəqiq, yığcam olur; yazılı və şifahi
formaları olduğu üçün yazılı və şifahi nitqin xüsusiyyətlərini özündə cəmləşdirir.
Dostları ilə paylaş: