Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə127/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   178
I CİLD (2)

rəsmi üslubda 
ictimai-siyasi, siyasi-diplomatik, ictimai-hüquq, rəsmi-işgüzar nitq 
növləri; 
publisistik üslubda
mətbuat, qəzet, radio, televiziya nitq növləri vasitəsilə reallaşır. 
Nitq növlərinin üslubları məsələsi müasir dövrümüzdə aktuallıq kəsb edir və ciddi araşdırmalar 
tələb edir.
Funksional üslubların vəzifəsi: 
1)insanın müxtəlif fəaliyyət dairələrinə uyğun ünsiyyətin müxtəlif sferalarında dilin 
işlənmə qanunauyğunluqlarını; 
2)nitq sistemində toplanmış müxtəlif funksional üslubları; 
3)normaların seçilməsi və dil vasitələrinin ona uyğunlaşdırılmasını öyrənməkdir. 
Dilə xas
olan 
ünsiyyət, məlumatvermə və təsiretmə
funksiyasından çıxış etsək, 
üslubun təsnifatını belə vermək olar: 
1)Dil- 
ünsiyyət funksiyalı
-məişət-danışıq üslubu; 
2)Dil-
məlumatvermə funksiyası
-elmi üslub, rəsmi-işgüzar üslub
3)Dil-
təsiretmə funksiyası
-bədii üslub, publisistik-qəzet üslubu. 


Uyğun funksiyaların yerinə yetirilməsi bütün üslubların üzərinə özünəməxsus 
fərqliliklər qoyur. Məsələn, bədii üslub emosional təsiretmə gücünə, üslub ierarxiyasında ədəbi 
keyfiyyətlərinə görə yüksək zirvəyə malikdir. 
Ədəbi dilin inkişafı funksional üslubların mühitində baş verir. Uzun müddət bədii üslub 
ədəbi dilin formalaşması və inkişafı üçün istiqamətverici nümunə olmuşdur, çünki bədii 
əsərlərin dili ədəbi dilin ən yaxşı keyfiyyətlərini özündə tam və parlaq şəkildə əks etdirir. Bu 
nümunəyə əsasən dil vasitələrinin seçilməsi və istifadəsi müəyyən olunur. Yalnız XX əsrdən 
etibarən oxucuya təsiretmə gücünə, əhatəsinə görə kütləvi informasiya vasitələrinin dili olan 
publisistika bədii üsluba güclü rəqabət yaratdı. Nitq fəaliyyətinin funksional üslubları müxtəlif 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin