Jestlərin dili. Nitq jestlərlə müşayiət olunmursa, onun ifadəliliyi xeyli zəifləyir. Bəzən
jest sözdən güclü məna kəsb edə bilər. Lakin jest təkcə ifadəli olmamalı, həm də müəyyən
həddi keçməməlidir. Məsələn, Banqladeşdən olan professor Mizanur Rəhman pulu olmadığını
söyləmək istəyərkən, şalvarının cibini tərsinə çevirirdi. Ağ parçadan tikilmiş boş cib açıq-aşkar
hər şeyi nümayiş etdirirdi və artıq şərhə ehtiyac qalmırdı.
Jestlər həm əllərin, həm başın hərəkətindən, həm də üzün mimikasından: qaşların
qaldırılmasından, dodağın dişlənməsindən və s.-dən ibarət ola bilər. Bütün bunlar deyilən
sözləri vurğulamağa və ya onlara müxtəlif çalarlar verməyə kömək edir.
Güclü sonluq . Natiq öz çıxışında nə qədər güclü danışır-danışsın, çıxışın sonu mütləq
güclü olmalıdır. Çıxışın nəticə hissəsində bütün çıxış ərzində deyilənlərə qısa və aydın yekun
vurulmalıdır. Bəzi çıxışlarda alternativ fikir söyləmək mümkün olsa da, bunu bütün natiqlərin
(məsələn, vəkilin) çıxışlarına aid etmək olmaz. Çünki vəkilin bir mövqeyi olmalıdır. O həmin
mövqeyi məhkəmə iclasının gedişində müdafiə edərək qoruyur. Nitqin sonluğu elə olmalıdır
ki, dinləyicilərdə onu alqışlamaq istəyi yarana bilsin, həmçinin bütün deyilənləri dərk etmək
üçün zalda zəruri sükut yaransın və bu sükut zamanı hər bir kəs öz-özünə düşünə bilsin:
“Doğrudan da, çox güclü söylənildi” (17,95).
“Təcrübə göstərir ki, çıxışın birinci və sonuncu dəqiqələri daha yaxşı yadda qalır. Əgər
ilk dəqiqə dinləyicilərin diqqətini cəlb etməyə kömək edirsə, sonuncu dəqiqənin akkordları
onların şüurunda uzun müddət səslənməlidir” (17, 96). Eyni zamanda nitqi vaxtında başa
çatdırmaq da vacib məsələdir.
Məşhur rus hüquqşünaslarının nitqlərinin sonluğuna aid nümunələr: “Cəmiyyətdə
görkəmli mövqe tutan, faydalı xadim olan və ictimai maraqların xidmətində duran
təqsirləndirilən şəxsə çox imkanlar verilmişdi. Lakin kimə çox imkan yaradılarsa, həmin
şəxsdən çox hesabat tələb olunur və mənim fikrimcə, sizin hökmünüz sübut edəcək ki,
təqsirləndirilən şəxsdən çox hesabat istənilir” (