Elmi üslub nitqinin növləri:
akademik, elmi-texniki (texniki-istehsalat), elmi-
informativ, elmi-məlumat, elmi-tədris, elmi-populyar.
Elmi üslubun məqsədi
yeni elmi faktlar haqqında aydın, dəqiq, məntiqli və birmənalı
şəkildə məlumat vermək, onları izah etmək, geniş yaymaqdır. Məqsədi həyata keçirən adresat
həm müəyyən elm sahəsinin mütəxəssisi, həm də sahə ilə maraqlı olan qeyri-mütəxəssis ola
bilər.
Yazılı və şifahi şəkildə reallaşan müasir elmi üslubun fərqli janrları, mətnləri vardır.
Elmi üslubun inkişafı həyatın müxtəlif sahələrinə aid elmi biliklərin tərəqqisi, təbiət və
insanın fəaliyyəti ilə bağlıdır.
Elmi üslubun janrları:
1)
şəxsi-elmi:
(bu alt üslub müəyyən elm sahəsində çalışan şəxsin dəst-xətti, üslubu
anlamını verir) monoqrafiya, məqalə, məruzə, kurs işi, diplom işi, dissertasiya, rəy, tezis, elmi
xəbər;
2)
elmi texniki:
texniki-texnoloji sahə mütəxəssislərinin fundamental elmi nailiyyətlərin
təcrübədə tətbiqi üçün: istehsalatda istifadə olunan texniki sənədləşmə (müəssisə üçün
müqavilə və təlimatlar, sınaq və analizlər haqqında məlumat, ixtiranın formulu, instruksiyası);
3)
elmi-informativ
: referat, annotasiya, konspekt, tezis;
4)
elmi-soraq
(arayış): lüğət, məlumat kitabı, kataloq;
5)
elmi-tədris
: məlumat, cavab (şifahi cavab, analiz-cavab, ümumiləşdirici cavab və s.)
mühakimə etmək, nümunə göstərmək, izahat, dərslik, tədris lüğəti, metodik vəsait, praktikum,
mühazirə, konspekt.
6)
elmi-kütləvi
: oçerk, esse, elmi-kütləvi kitab, elmi-kütləvi məqalə.
Rəsmi üslub.
Cəmiyyətdə rəsmi münasibətləri bildirmək üçün yazılan dövlət sənədlərinin
üslubu rəsmi üslub adlanır. Rəsmi üsluba bütün dövlət sənədləri, protokol, akt, nota, əmr, qərar,
fərman, sərəncam, bəyanat, qətnamə və s.daxildir. Rəsmi üslubda yazılan sənədlərdə fikrin
konkret izahı tələb olunur.Bu üslubda aşağıdakı cəhətlər xarakterikdir:
1)hər bir məsələ olduqca aydın,qısa izah edilir;
2)artıq və lüzumsuz sözlər, təkrarlara, bədii təkrarlara yol verilmir. İkimənalılıq, dolaşıqlıq
olmaması üçün dəqiq terminlər seçilir, ədəbi dilin qrammatik normalarına riayət olunur;
3)ştamp xarekterli xüsusi tərkiblərdən,ifadələrdən istifadə edilir.
Dostları ilə paylaş: |