Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə139/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   178
I CİLD (2)

 
Sənəd 
obyektiv gerçəkliyin və insanın şüurlu fəaliyyətinin müəyyən faktları və hadisələri 
haqqında xüsusi məlumatı müxtəlif üsullarla təsdiqləyən və qeydə alan vasitədir. Sənədin 
sənəd statusu alması üçün onun müəyyən 
rekvizitlərlə
təmin olunması vacib şərtdir.
Rekvizit
bu və ya digər sənəd növünə aid olan məcburi elementdir.
Sənədlərin tərtibi zamanı onun bütün rekvizitlərinin əks olunması tərtibatı xüsusi 
əhəmiyyət daşıyır. 
Rekvizitlər
(lat. requisitum-tələb olunan, zəruri sənədə aid olan) sənəd 
tərtibatı zamanı ora daxil edilən məcburi elementlərdir. Sənədin hüquqi statusu bütöv rekvizit 
kompleksi ilə müəyyən olunur. Məhz rekvizitlər rəsmi kağızların faktiki etibarlılığını təmin 
edir. Rekvziztlər sənəd üçün qanunla və ya müxtəlif vəziyyətlərdə səriştəliliklə müəyyən 
olunmuş vacib əlamətlərdir. 
Rekvizitlərin tərtibinə aid QOST-da əks olunan tələblər bütün sənəd növlərinə aid 
olunur. Lakin heç bir sənəddə bütün rekvizitlər tam şəkildə əks olunmur, onların tərkibi sənədin 
təyinatından asılı olur. Rekvizitlərin cəmi və onların sənəddə yerləşdirilməsi sxemi sənədin 
formulyarını təşkil edir. Formulyarlar standartlarla reqlamentləşdirlir. 


Bu baxımdan müxtəlif sənədlərin müxtəlif rekvizitləri olur. Rekvizitin aşağıdakı növləri 
vardır: 
1. Dövlət gerbi. 
2. Müəssisə, idarə, təşkilat və ya qurumun emblemi. 
3. Mükafatın təsviri. 
4. Müəssisə, idarə, təşkilat və ya qurumun kodu. 
5. Sənədin kodu. 
6. Nazirlik, komitə və ya Baş idarənin adı. 
7. Müəssisə, idarə, təşkilat və ya qurumun adı. 
8. Struktur vahidin adı. 
9. Müəssisənin tam hüquqi ünvanı ( poçt indeksi, ölkə, şəhər, küçə, bina). 
10. Müəssisə, idarə, təşkilat və ya qurumun telefon, faks nömrələri, elektron poçtu, 
internet saytı. 
11. Müəssisə, idarə, təşkilat və ya qurumun bank hesabı və VOEN-i. 
12. Sənədin adı. 
13. Tarix. 
14. İndeks və ya nömrəsi. 
15. Daxil olmuş sənədin tarixinə və indeksinə istinad. 
16. Sənədin tərtib olunduğu və ya nəşr olunduğu yer. 
17. Sənədlə tanışlıqla bağlı məhdudiyyət qrifi. 
18. Adresat. 
19 Təsdiq qrifi. 
20. Dərkənar. 
21. Sənədin başlığı. 
22. Nəzarət haqqında qeyd. 
23. Mətn. 
24. Əlavə və ya qoşma haqqında məlumat. 
25. İmza . 
26. Sənədi imzalayan şəxsin adı və soyadı. 
27. Sənədi imzalayan şəxsin vəzifəsi. 
28. Razılaşdırma qrifi. 
29. Vizalar. 
30. Möhür. 
31. Surəti təsdiqetmə haqqında məlumat. 
32. İcraçının və ya sənədi tərtib edənin adı, soyadı və telefon nömrəsi. 
33. Sənədin icra olunması və işə tikilməsi haqqında məlumat. 
34. Sənədin daxilolması haqqında məlumat. 
35. Sənədin daxilolma nömrəsi. 
36. Sənədi qəbul edən şəxsin imzası, adı və soyadı. 
Qeyd olunanlar rekvizitlərin əsas hissəsini əhatə edir. Bütün sənədlərdə qeyd olunan 
rekvizitlərin hamısının ifadəsini tapması vacib deyildir. Rekvizitlərdən istifadə sənədin 
növündən asılı olur. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin