2)əsas- burada nəticə, təklif, xahiş, qərar əks olunur.
Sənəd tərtibinin əsas prinsipləri:
1)məzmunun
doğruluğu,
2)məzmunun obyektivliyi,
3)situasiya və faktların (emosional ekspressivlikdən uzaq) məntiqi qiymətləndirilməsi
vasitəsi.
4)məlumatların tamlığı,
5)mühakimənin şərhin olmaması.
Sənədin mətninin quruluşu (məna aspektlərinin məntiqi əlaqəsi), şəffaf, asan qavranılan
olmalıdır. Bunun üçün mətnin məna hissələri abzaslarla ayrılır. Şərhin tonu, neytral, işgüzar,
hörmətçil, xeyirxah olmalıdır.
Sənəd növləri
müxtəlifdir. Onların müəyyən qismi həm hüquqi, həm də
fiziki şəxslər
tərəfindən tərtib olunur. Məsələn, ərizə, məktub, məlumat, elan, tərcümeyi-hal, qəbz, arayış
kimi sənədləri fiziki şəxs yaza bilər. Fiziki şəxs onun yaza biləcəyi və ya tərtib edə biləcəyi
sənədi istədiyi vaxt hazırlamaq imkanına malikdir. Bu cəhət fiziki şəxs tərəfindən eyni sənədin
müxtəlif məzmunlu variantlarını hazırlmaq imkanı yaradır.
Ona görə də
belə sənədlərin
hüquqi status almasının
müəyyən şərtləri vardır. Bu məsələni bir qədər aydınlaşdıraq. Deyək
ki, şəxs müəyyən təşkilata ərizə ilə müraciət etməsi və onun
ərizəsinə cavab verilməməsi
haqqında iddia qaldırır və özündə olan ərizəni təqdim edir. Ərizədə onun yazılma tarixi
göstərilir. Lakin həmin ərizənin yazıldığı tarixdə və ya bu tarixdən
müəyyən müddət sonra
iddiaçının göstərdiyi təşkilata təqdim olunub-olunmaması haqqında ərizədə heç bir məlumat
qeydə alınmır. Belə olan halda iddiaçının göstərdiyi tarixdə onun ərizəsinin təşkilatda qəbul
olunması yoxlanılır və təşkilata ərizənin daxil olmaması faktı və ya bu barədə təşkilatdakı
sənədlərdə heç bir qeydiyyatın olmaması faktı aşkara çıxır. Nəticədə, iddiaçının haqlı olmaması
faktı təsdiqini tapmır.
Bu cür anlaşılmazlığı aradan qaldırmaq üçün ərizəni təşkilata təqdim edərkən onun
Dostları ilə paylaş: