sürəti üzərində ərizənin
1)hansı tarixdə, 2)hansı nömrə ilə, 3)kim tərəfindən qəbul edilməsi haqqında qeydin edilməsi tələb olunmalıdır. Deməli, sənədin
daxilolma rekvizitləri haqqında
məlumat sənədə
hüquqi status verir.
Yaxud ərizəçi müəssisəyə təqdim etdiyi sənədin məzmununu sonradan ona lazım olan
şəkildə dəyişdirir və əlində olan variantı təqdim edir. Bu halda təşkilata daxil olmuş ərizə
variantı tapılır və onun həqiqi məzmunu aşkara çıxarılır, iddiaçının yalan söyləməsi faktı
təsdiqlənir. Qeyd olunanlar sənədlərin həm tərtibi, həm də dövriyyəsinin özünməxsus
şərtlərinin olmasını ifadə edir.
Fiziki şəxslərin tərtib etdikləri sənədlərdə aşağıdakı
rekvizitlər mütləq
göstərilməlidir: Sənədin adı, sənədin ünvanı, adresat, sənədi tərtib edən şəxsin adı, soyadı,
sənəd müəllifinin qeydiyyat ünvanı və ya iş yeri, vəzifəsi, sənədin tərtibolunma tarixi, sənəd
müəllifinin imzası. Bu rekvizitlərin istifadəsi də konkret sənəd növündən asılı olaraq dəyişə
bilər. Həmin məsələləri konkret sənəd nümunələrinin hazırlanması prosesində daha ətraflı
nəzərdən keçirəcəyik.
Sənədlərin tərtibinin müxtəlif
formaları vardır. Bu formalar rekvizitlərin sənəddə
yerləşdirilməsi ilə bağlıdır. Rekvizitlərin sənəddə sağdan, ortadan və soldan yerləşdirilmə
formaları məlumdur. Son dövrlərdə ən çox yayılmış forma soldan yerləşdirmə ilə bağlıdır. Belə
forma sənədin hazırlanması üçün istifadə olunan vasitədən (məsələn, kağızdan) optimal
istifadə etməyə imkan verir. Sənədin tərtibinin müxtəli quruluş formaları haqqında müvafiq
sənədlərə aid nümunələr hazırlanarkən toxunulacaqdır.