Əmr əsas və ya əməliyyat vəzifələrini yerinə yetirmək məqsədilə dövlət, qeyri-dövlət və
ya özəl qurumun rəhbərinin çıxardığı hüquqi aktdır.
Əmrlər iki qrupa bölünür. Birinci qrupa aid əmrlər əsas fəaliyyət, ikinci qrup əmrlər şəxsi
heyət haqqında olur.
Əmr künc ştamplı və ya rekvizitlərin xüsusi qeyd olunduğu blankda yazılır. Əmrin mətni
iki hissədən ibarət olur. Birinci hissədə əsaslandırma, ikinci hissədə sərəncamvermə ifadəsini
tapır. Bu iki hissə bir-birindən mətnin sol tərəfindən baş hərflərlə yazılmış «ƏMR EDİRƏM»
sözləri ilə ayrılır. «ƏMR EDİRƏM» sözündəki hərflər arasında, eləcə də bu sözdən yuxarıda
və aşağıda heç bir ayırma verilmir.
Əsaslandırma hissəsində əmrin verilməsi üçün zəmin yaradan faktlar sadalanır. Əgər əmr
rəhbər təşkilatın, baş idarənin sənədi əsasında verilirsə, onda həmin sənədin növünə, tarixinə
və nömrəsinə istinad edilir.
Sərəncamverici hissədə bir və ya bir neçə sərəncam (əmr) formalaşdırılır. Əgər sərəncam
bir-birindən fəaliyyət xarakterinə görə fərqlənən məsələləri əhatə edirsə, həmin məsələlər ayrı-
ayrı bəndlərdə verilir. Bəndlər ardıcıl nömrələnir. Əgər bəndin özündə ayırma lazım gələrsə,
yarımbəndlər qeyd edilir.
Əmrin sonunda onun həyata keçirilməsinə nəzarət edəcək şəxs və ya struktur bölmə təyin
edilir. Əmri müəssisənin rəhbəri və ya buna səlahiyyəti çatan şəxs imzalayır. İmzalayan şəxsin
vəzifəsi, adı, soyadı göstərilir. Əmr möhürlə təsdiqlənir.
Şəxsi heyət və ya ştat işçiləri, eləcə də müqavilə yolu ilə müvəqqəti işə götürülənlərlə
bağlı əmrlər əsas fəaliyyətlə əlaqədar əmrlərdən bəzi xüsusiyyətlərinə görə fərqlənir və ayrıca
sənədləşdirilir.
Belə əmrlərdə onun aidliyindən asılı olaraq müxtəlif başlıqlardan istifadə edilir. Məsələn,
«işə qəbul haqqında», «işdən azadetmə haqqında», «başqa işə köçürülmə haqqında», «növbəti
dincəlişə buraxılma haqqında», «ixtisas dərəcəsinin artırılması haqqında» və s.
Şəxsi heyət haqqında əmrlərdə əsaslandırma hissəsi yalnız zəruri hallarda verilir.
Əsaslandırma hissəsi olduqda ondan sonra baş hərflərlə «ƏMR EDİRƏM» sözü yazılır.
Şəxsi heyətə aid əmrlərin sərəncam verilən hissəsində böyük hərflərlə şəxsin adı, atasının
adı və soyadı yazılır. Bundan sonra «-» (tire) işarəsi qoyulur, haqqında əmr çıxarılan şəxsin
işlədiyi struktur bölmənin adı, vəzifəsi göstərilir və əmr hissəsi formalaşdırılır. Bu hissədən
sonra əmrin verilməsi üçün əsas yazılır. Qeyd olunan hissə «əsas» sözü ilə başlanır. Sözdən
sonra əsas açıqlanır.
Növbəti bənddə əmr
verənin vəzifəsi göstərilir,
imza üçün yer qoyulur,
əmr verənin
inisialları (və ya açıq şəkildə adı) və soyadı yazılır.
Əmrin sonunda «Vizalar» hissəsi yer alır. Əmrdən asılı olaraq bir və
ya bir neçə viza
haqqında məlumat sənəddə ifadəsini tapır.
Əmr imzalandığı gündən qüvvəyə minir. Onun bəzi bəndlərinin özünün fəaliyyət müddəti
ola bilər. Əgər belə müddət olmazsa, əmr bəndlər üzrə də imzalandığı gündən qüvvəyə minir.
Əmr rekvizitlərin soldan düzülüşü əsasında tərtib olunur.
Əgər künc ştampı olmazsa sənədin ad və rekvizit hissəsi aşağıdakı kimi tərtib olunur.
Dostları ilə paylaş: