30 iyun 2006-cı il
(12, 9-10).
Verilmiş nümunələrdə sənəd tərtibinin bir sıra prinsipləri və mətnin Azərbaycan dilində
verilməsi normaları pozulmuşdur.
Sənədlə bağlı normanın pozulması müəssisə rəhbərinin adının ortada inisiallarla baş
hərflərlə yazılması düzgün deyildir. Ərizədə rəhbərin adı və soyadının baş hərflərlə verilməsinə
ehtiyac yoxdur.
Sənədin adının hər hansı bir şəkilçi qəbul etməsi özünü doğrultmur və sənədlə bağlı
normanın pozulmasıdır. Nümunənin götürüldüyü kitabda sənədlər rus dilindən tərcümə yolu
ilə tərtib olunmuşdur. Rus dilində müvafiq quruluşda sənədin adı şəkilçi qəbul etmir. Lakin
mətnin tərcüməsi zamanı hərfi tərcüməyə üstünlük verildiyindən Azərbaycan dilində
«ƏRİZƏSİ» sözünün işlədilməsinə imkan yaradılmışdır. Rus dilində mətn «Proşu» sözü ilə
başlandığından tərcümə zamanı sözlərin eyni ardıcıllığı saxlanmışdır. Bu, Azərbaycan dilinin
normalarının pozulmasına səbəb olmuşdur. Ərizədə adresatın (ərizənin ünvanlandığı şəxsin)
və adresantın (ərizəçinin) adının açıq şəkildə verilməsi düzgündür. Bundan başqa tarixin
göstərilmə forması Azərbaycan dili üçün məqbul variant deyildir. Qeyd olunan qüsurların ərizə
formasında yer almaması üçün bəzi qaydaların qəbul edilməsi vacibdir.
İkinci nümunədə verilmiş məlumatlar izafidir. Müəssisə daxilində müəyyən bir növbəyə
durmağın şərtləri müəyyən bir sənədlə təyin olunur. Ərizəçi onun bu vəziyyətinin qoyulmuş
tələblərə cavab verməsini sənədlərlə təsdiq etməlidir. Bu halda tərtib olunan sənədə əlavələrin
olması qeyd edilməlidir.
Ş.Balakişiyev və İ.Namazovun «Əməli yazı nümunələri» (bundan sonra ƏYN –M.İ.)
kitabında ərizənin tərtib prinsipləri haqqında yazılmışdır: «Təcrübə göstərir ki, şagirdlər ərizəni
müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni
cürdür. Bunu nəzərə alaraq, müəllim şagirdlərə ərizənin ilk növbədə formasını öyrətməlidir.
Ərizənin yazılış forması belədir: 1. Vərəqin əvvəlində abzasdan böyük hərflə təşkilatın
və müraciət edilən şəxsin adı və soyadı qeyd olunur. 2. Sətrin ½ hissəsi həcmində sağ tərəfdə
kimdən sualını verməklə ərizəçinin adı, soyadı göstərilir. 3. Vərəqin ortasında ərizə sözü
yazılır. 4. Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur. 5.
Ərizənin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir. Şagirdlər bilməlidirlər ki,
sadə ərizədə fikir bir neçə cümlə ilə ifadə edilir. Ərizənin mürəkkəb formasında isə rəsmi
sənədlərin adı çəkilir, onlara münasibət göstərilir və münasibətin icrası üçün rəhbərlikdən bu
barədə sərəncam verilməsi xahiş olunur».
Müəlliflərin ərizə üçün təklif etdikləri tərtib prinsipləri, əsasən, doğrudur. Lakin burada
sətrin yarısından başlamaq haqqında göstərişə ehtiyac yoxdur. Təklif olunan qayda sənəd
rekvizitlərinin soldan yerləşdirmə variantına uyğundur. Ona görə də yazı soldan, yəni vərəqin
sol tərəfindən başlanır. Bu isə tən orta ilə müqayisədə sola olmanı tələb edir. Burada hansısa
dəqiq bir yerdən başlamaqla bağlı heç bir qadağan qoyulmur. Ərizənin ünvanlandığı şəxsin,
onun müəllifinin rekvizitlərinin abzasdan başlanmasına da ehtiyac yoxdur. «Əməli yazı
nümunələri» kitabının müəlliflərinin tarix qeyd etmək üçün seçdikləri forma Azərbaycan
dilinin normalarına uyğundur. Ərizələrdə bu formadan istifadə özünü doğruldur. Qeyd
etməliyik ki, bu halda ərizə ayın birinci ongünlüyündə tərtib olunarsa tarixi göstərən birinci
rəqəmdən əvvəl 0 “sıfır” yazmaq vacibdir. Məsələn,
Dostları ilə paylaş: