Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə142/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   178
I CİLD (2)

adlıq
halda
olmasıdır. Bəzi dillərin, o 
cümlədən rus dilinin quruluşu bu şərtin yerinə yetirilməsinə imkan verir. Azərbaycan dilində 
hazırlanan sənədlərdə bu şərt tez-tez pozulur. Ona görə də sənədin standart formasının 
hazırlanması və qəbul edilməsi zamanı müvafiq formanın tapılması tələb olunur. Bir sıra 
sənədlər üçün belə formanın müəyyənləşdirilməsi mümkün olur.
Sənədlərdə
onların 
hazırlanma tarixi haqqında məlumat
xüsusi əhəmiyyət daşıyır. 
Sənədin hazırlanma tarixi əsas rekvizitlər sırasına daxildir və bu rekvizitin bütün sənədlərdə 
verilməsi məcburidir. Azərbaycan dilində tarixin verilməsi formaları aşağıdakılardır: 
24 may 2008-ci il 
24.05.2008 
24/05/2008 
24.V.2008. 
Birinci variant tarixin tam açıq şəkildə verilməsidir. Məlumdur ki, ilin dəyişməsindən 
asılı olaraq son rəqəm dəyişir. Dəyişmə il sözündən əvvəl işlənən –cı, -ci, -cu, -cü şəkilçisinin 
də dəyişməsinə səbəb olur. Məsələn, 2006-cı il, 2007-ci il; 2009-cu il, 2003-cü il. Bəzi 
sənədlərin tərtibi və ya daimi işlənən müəyyən sənəd formalarının düzəldilməsi (məsələn, 
blank) zamanı bu bəzi çətinliklər yaradır. Ona görə də bu sənədlər üçün müəyyən istisnanın 
qəbul edilməsi tələbi meydana çıxır. 
Tarixin verilmə formalarından dördüncüsündə həm ərəb, həm də Roma rəqəmlərindən 
istifadə olunmuşdur. Roma rəqəmlərinin Azərbaycan dilində oxunuşu zamanı –cı, -ci, -cu, -cü 
şəkilçisi nəzərə alınır. Məsələn, X – onuncu, V –beşinci, III – üçüncü və s. 
Bizim fikrimizcə, sənədlərdə tarixin verilməsi üçün iki formanın qəbul edilməsi 
məqsədəuyğundur. Birinci forma tarixin açıq şəkildə verilməsidir (26 may 2008-ci il). İkinci 
forma tarixin yalnız rəqəmlərlə göstərilməsidir. Məsələn, 26.05.2008. Bu formada ili göstərən 
rəqəmlərin müxtəlif yozumu yaranmayacağı təqdirdə son iki rəqəmdən istifadə daha yaxşıdır. 
Məsələn, 26.05.08. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin