3) məlumat xarakterli ərizələr. Bu növlərdən hər hansı birinə aidliyindən asılı olmayaraq
ərizədə sənədin adından başqa aşağıdakı rekvizitlərin olması vacibdir:
1) ərizənin ünvanlandığı təşkilat, idarə, müəssisə və s.;
2) adresatın vəzifəsi, adı, soyadı,
3) adresantın kimliyi;
4) adresantın adı, soyadı;
5) adresantın imzası;
6) sənədin tərtibolunma tarixi.
Ərizəyə qoyulan tələblərə görə burada onun adı, kimə və kimdən yazılması dəqiq
olmalıdır. Ərizənin məzmunu qısa, faktlar isə konkret ifadə olunmalıdır.
Ərizədə izafi
mətləblərin verilməsinə ehtiyac yoxdur. Bu cür məlumatların və ya təkrarların ərizəyə
salınması sənədə baxılarkən onun yazılma məqsədini aydınlaşdırarkən çətinlik törədir.
Ərizənin tərtibi zamanı ərizəçi öz adını və soyadını sənədin birinci hissəsində qeyd etdiyi üçün
ərizənin mətnində adın çəkilməsi təkrar olur. Məsələn, «Mən, Bakı şəhəri, 7-ci mikrorayon,
Əhmədov küçəsi, mənzil 24-də yaşayan Eyvazov Ələsgər Sadıq oğlu yazıb
Sizə bildirirəm
ki,…» tipli şablonların ərizə mətninə daxil edilməsi düzgün deyildir. Çünki ərizənin birinci
hissəsində sənədin ünvanlandığı şəxs ərizənin kimdən olması və onun hansı ünvanda yaşaması
haqqında məlumat alır. Bu məlumatı təkrar qeyd etmək sənədin
tərtib prinsiplərinin
pozulmasına aparıb çıxarır.
Ərizəni ərizəçinin öz xətti ilə yazması vacib şərt deyil. Lakin bu cəhət bəzən, xüsusən də
şikayət ərizələrində müəyyən əhəmiyyət daşıya bilir. Ərizənin sonunda il, ay, gün və ərizəçinin
şəxsi imzası qoyulmalıdır. İmza ilə yanaşı ərizəçinin adı və soyadının, yaxud inisailları və
soyadının yazılması vacib şərt deyildir. Bununla belə,
bu cəhət də bəzən əhəmiyyət
daşıdığından qeyd olunan formalardan birindən, daha yaxşı olar ki, ad və soyadın
göstərilməsindən istifadə edilsin.
Respublikada ərizə formalarının standartı təsdiq olunmamışdır. Müxtəlif ədəbiyyatlarda
bu sənədin yazılışı ilə bağlı fərqli formalar təklif olunur. Nəşr olunmuş ədəbiyyatlarda verilmiş
fərqli formalara aid nümunələrə aid misalları nəzərdən keçirək.
Maşınqayırma
zavodunun direktoru
Dostları ilə paylaş: