Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə132/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   178
I CİLD (2)

 
Rəsmi-işgüzar üslub 
müasir dövrümüzdə ictimai münasibətlərin hüquqi cəhətdən 
tənzimlənməsi, sosial normaların dövlət mühafizəsi və qanunla təmin edilməsi üçün müəyyən 
olunmuşdur. Rəsmi-işgüzar üslub cəmiyyətdə effektiv idarəetməni təmin edir. Bu barədə 
irəlidə daha ətraflı bəhs olunacaq. 
 
 
Epistolyar üslub.
Şəxsi məktublaşma sənədləri epistolyar üslubda yazılır.Aşağıdakı 
janrları var: 
 
1.Adi məişət məktubları. 
2.Dostluq məktubları. 


3.Rəsmi məktublar. 
4.Açıq məktublar. 
Adi məişət məktubları. 
Xüsusi şəkildə yazılır. Bir qayda olaraq bu məktublarda uzun-
uzadı hal-əhval tutma, salamlaşma kimi ştamp ifadələrdən istifadə edilir. Bu məktublar uzun 
müddət bir-birini görməyən şəxslər tərəfindən yazılır. Ailədə və yaxın ətrafda olan bütün 
qohum-əqrəba haqqında məlumatlar verilir. Müasir dövrümuzdə adi məişət məktubları çoxdan 
sıradan çıxmışdır.Bunun ən başlıca səbəblərindən biri muasir texnologiyalar, komputer və 
mobil telefonlardı.Adi məişət məktublarını indi “skype” ilə danışıq və mesajlaşma əvəz 
edir.Adi məişət məktubları xüsusi zövqlə nə qədər diqqətlə tərtib olunurdusa, müasir 
texnologiyalarda yazılan məktublar bir o qədər tələsik, heç bir qrammatik qayda-qanunlara 
riayət olunmadan yazılır. Bunun səbəbi orada olan hərflərin bizim əlifbamızla tam uyğun 
olmaması və çox surətlə yazılaraq adətən redaktə olunmamasıdır. 
Rəsmi məktublar
dövlət xadimlərinin yazışmalarına məxsus məktublardır. Bu 
məktublar siyasi, iqtisadi və s. məzmunlu olur.
Açıq məktublar.
Bu növ məktubların spesifik xüsusiyyəti onların məzmununun 
ictimaiyyətə açıq olması, mətbuatda dərc olunmasıdır. Açıq məktublar şəxsi, daha çox 
kollektiv şəkildə yazıla bilər. Bu məktublar cəmiyyətin ağrılı problemlərinə diqqəti cəlb etmək, 
mövcüd ədalətsizliyi aradan qaldırmaq üçün dövlət rəhbərinə və s. ünvanlana bilər. Adətən 
belə məktubları nüfuzlu adamlar, tanınmış ziyalılar imzalayır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin