Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə134/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   178
I CİLD (2)

Obrazlılıq 
bədii üslubun bütün səviyyələrdəki dil vahidlərinə xasdır. Burada 
leksikanın məcazi mənada işlənməsindən, çoxmənalı sözlərdən, sinonimlərin bütün 
növlərindən geniş istifadə olunur. Bütün vasitələr, o cümlədən də neytral vasitələr obrazlar 
sistemini, sənətkarın poetik fikirlərinin həyata keçirilməsinə xidmət edir. Bədii üslubda, digər 
funksional üslublardan fərqli olaraq, sözü qavramanın öz qanunları var. Sözün mənası daha 
çox müəllifin qarşısına qoyduğu məqsəd, bədii əsərin janr və kompozisiya xüsusiyyətləri ilə 
müəyyən olunur, hansı ki, söz də həmin əsərin elementi olur.
Bədii üslubun funksiyaları 
 
1
.Estetik (və ya bədii) funksiya.
Estetik funksiya bədii əsərin ən başlıca xüsusiyyətidir. 
Bədii əsərlərdə olan informasiyalar yalnız müəyyən məlumatların verilməsi üçün deyil, həm 
də ən əsası estetik təsir göstərmək, emosional hisslər oyatmaqdır. Başqa üslublar sistemində 
estetik funksiya bu qədər çəkiyə malik deyil. Bədii nitqdə bütün sözlər estetik məna daşıyır və 
bədii obrazın yaradılması üçün material olur.
2.
Kommunikativ funksiya.
Başqa üslublar kimi bədii əsərin dili də kommunikativ 
funksiyaya malikdir. Bu özünü əsərin bədii dünyasındakı informasiyalarla real dünyadakı 
informasiyaların çulğalaşmasında göstərir. 
Bədii üslub emosional təsiretmə gücünə görə üslub ierarxiyasında ədəbi keyfiyyətlərinə 
görə yüksək zirvəyə malikdir. Uzun müddət bədii üslub ədəbi dilin formalaşması və inkişafı 
üçün istiqamətverici nümunə olmuşdur, çünki bədii əsərlərin dili ədəbi dilin ən yaxşı 
keyfiyyətlərini özündə tam və parlaq şəkildə əks etdirir. Bu nümunəyə əsasən dil, dil 
vasitələrinin seçilməsi və istifadəsi müəyyən olunur. Yalnız XX əsrdən etibarən oxucuya 
təsiretmə gücünün əhatəsinə görə kütləvi informasiya vasitələrinin dili olan 
publisistika
bədii 
üsluba güclü rəqabət yaratdı. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin