Elmi üslub üçün məntiqilik daha vacibdir, daha zəruridir. Çünki, məhşur fransız dilçisi
Şarl Ballinin sözləri ilə desək, “ Elmi üslubun əsas məqsədi həqiqəti təsdiq etməkdir”. Bunun
üçünsə güclü məntiq lazımdır. Düzdür, başqa üslublara da bu keyfiyyət məxsusdur:
çünki
məntiqsiz fikir ola bilməz. Lakin digər üslublarda, xüsusilə də bədii üslubda, məntiqilik fərqli,
son dərəcə səciyyəvi bir xarakter daşıyır. Belə ki, bir qədər şərti xarakterə malik bədii nitqdə
məntiqilik
əsərin məzmunu, ideya istiqaməti, sözlərin həqiqi mənaları ilə yanaşı,
məcazi
mənalarda da işlənməsi və s. bu kimi məqamlarla əlaqədardır. Elmi üslubsa açıq məntiqə
söykənir, əsasən də təkmənalı leksik vahidlər−terminlər üzərində qurulur.
Dostları ilə paylaş: