Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Dilçilik üslubiyyatının əsas vəzifələrindən



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə126/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   178
I CİLD (2)

Dilçilik üslubiyyatının əsas vəzifələrindən
biri ədəbi dilin funksional üslubları, onlar 
arasındakı əlaqələr, funksional üslubların nitq növlərini öyrənməkdir. Bu məsələ dilçilikdə 
mürəkkəb və mübahisəli məsələdir. Ə.Dəmirçizadə bu təsnifatı təfəkkür tərzinə arxalanaraq 
aparır və ədəbi dildə üç üslubu (bədii, elmi, ictimai-siyasi); Ə.Bağırov dilin yazılı və şifahi 
formada çıxış etmə xüsusiyyətini nəzərə alıb ədəbi dildə dörd üslubu (rəsmi, bədii, publisistik, 
elmi); K.Əliyev dil vasitələrinin üslubi rənginə və tarixilik prinsipinə əsaslanaraq ədəbi dildə 
altı üslubun (elmi, bədii, publisistik, natiqlik, rəsmi, danışıq) olduğunu göstərir. Dilin 
təfəkkürlə əlaqədar şifahi və yazılı şəkildə insan fəaliyyətinin bütün ictimai sahələrinə xidmət 
etmək funksiyası vardır. Beləliklə, ədəbi dil cəmiyyətdə daşıdığı ictimai funksiyasına görə, 
yəni insan fəaliyyətinin məişət, elmi, publisistik, rəsmi və bədii, bəzən də dini sahələrinə 
müvafiq olaraq üslublara ayrılır: 1.Danışıq-məişət üslubi; 2.Elmi üslub; 3.Publisistik üslub; 
4.Rəsmi üslub; 5.Rəsmi-işgüzar üslub; 6.Bədii üslub; 7.Dini üslub. 
Bu üslublardan danışıq-məişət üslubu ədəbi dilin şifahi qoluna, digərləri isə yazılı qoluna 
aiddir. Lakin qeyd etdiyimiz kimi bu nisbi təsnifatdır və üslublar arasında kəskin sərhəd 
qoyulmur. Yazılı üslublar şifahi şəkildə (elmi çıxışlar, konfrans və simpoziumlarda, dərs, 
mühazirə, yaxud məhkəmədə vəkillərin çıxışları və s.); danışıq-məişət üslubu isə yazılı şəkildə 
(şəxsi yazışmalar, məktublar və s.) təqdim oluna bilər. Bütün bunlara baxmayaraq funksional 
üslublar mürəkkəb bir sistem kimi müxtəlif nitq növlərinə ayrılır, onlar vasitəsilə fəaliyyət 
göstərir, bu proses zamanı inkişaf edir, formalaşır, təkmilləşir. Bu proses 
bədii üslubda
şeir, 
nəsr, dramaturgiya, epik nitq növləri; 
elmi üslubda
elmi-texniki, elmi-kütləvi, elmi nitq 
növləri;

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin