Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə129/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   178
I CİLD (2)

Ədəbi-danışıq üslubu
. Ədəbi dilin funksionallaşması və inkişafında müstəsna rol 
oynayır. Bir qayda olaraq dil yenilikləri əvvəlcə danışıq nitqində əks olunur, sonra isə ədəbi 
dilin sərvətinə çevrilir. 
Danışıq nitqi insanlar arasında qeyri-rəsmi münasibətlər, məişət sferasında ünsiyyət 
vasitəsinin vacib funksiyasını yerinə yetirir. Danışıq üslubunun mətnlərində müəllif və adresat 


ixtisasından və sosial vəziyyətindən asılı olmayaraq adi adamlardır. Danışıq nitqi ünsiyyətin 
sərbəst, təbii, hazırlıqsız qurulmasıdır. 
Danışıq nitqinin əsasını (məişət-danışıq üslubu) ədəbi danışıq nitqi təşkil edir, bəzən sadə 
danışıq ona birləşir, bəzən də jarqon və dialekt vahidləri də bura daxil olur. 
Danışıq üslubunun əlamətləri: 
1)intonasiyalı olmasıdır, çünki danışıq üslubunda yalnız fikirlər deyil, həm də hisslər 
ifadə edilir. Burada emosional leksika, nida cümlələri geniş yer tutur. Bədii mətnlərdə isə 
danışıq tərzini vermək üçün yarımçıq cümlələrdən parçalara bölünmə, durğu işarələrindən isə 
tire və üç nöqtədən istifadə olunur. 
2)spontanlıq; 
3)həmsöhbətlərin qeyri-rəsmi münasibətləri
4)həmsöhbətlərin danışıqda bilavasitə iştirakı (hətta, danışıq monoloq olsa da 
həmsöhbətin danışığa müdaxiləsi, dəstəkləyici replikaları və ədatlar (əlbəttə, hə, bəli, 
doğrudan? sən nə deyirsən, yox əşşi, aha və s.); 
5)situativlik; 
6)ünsiyyət iştirakçılarının situasiyadan asılılığı; qeyri-verbal ifadə vasitələrinin üstün 
rolu (mimika və jestlərdən istifadə olunur). 
Danışıq nitqinin şifahi janrları:
1) nəqletmə (dialoji , dialoqlaşdırılmış monoloq); 
2)söhbət; 
3)kompliment (nitq improvizasiyası, adresata xoş olmaq üçün); 
4)şəxsi dialoq (geniş yayılmış janr); 
5)miniatür danışıq (danışıq miniatürləri); 
6)müşayiətedici replikalar; 
7)yerində deyilmiş fraza (həmsöhbətə ünvanlanmamış); 
8)mübahisə; 
9)poliloloq (bir neçə mövzunu əhatə etməsi ilə səciyyələnən). 
Danışıq nitqinin mövcudluğu üçün təbii vasitə−dialoq və poliloq, 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin