Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


janrlarda özünü göstərir.  “Janr” anlayışı. Funksional üslubların janrları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə128/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   178
I CİLD (2)

janrlarda
özünü göstərir. 
“Janr” anlayışı. Funksional üslubların janrları 
Funksional üslublar eynicinsli olmur və onlar mətnlərin tipinə, sinfinə görə müəyyən 
olunur. Mətnlərin üslubdaxili fərqləri onlar arasında janrları fərqləndirir. 
Janr
- funksional 
üslubların variantlarıdır və janrlar funsional üslubların ekstralinqvistik xarakterini 
konkretləşdirir: 
1)funksional üslubların sferasında, 
2)onun ən başlıca, konkret məqsədində
3)adresatın tipində; 
4)ünsiyyətin şəraitində. 
Məsələn, 
danışıq üslubu
yalnız şifahi danışıq nitqi və bədii ədəbiyyatda əksindən 
ibarət deyil, onun 
məişət
və 
internet vasitəsilə məktublar, gündəlikdə yazılar
və s. kimi 
janrları var. Yaxud 
publisistik üslubun
informasiya janrı
(qeydlər, reportaj, hesabat, intervü), 
analitik janrı
(kommentariya (şərh), məqalə, resenziya); 
bədii publisistik janrı
(oçerk, felyeton, 
pamflet); 
televiziya janrı
(analitik proqram, birbaşa efirdə dialoq); 
kommunikativ janrı
(press-
konferensiya, qeyri-rəsmi “qalstuksuz”görüş, telekörpü) mövcüddur. 
Müasir Azərbaycan ədəbi dilinin üslubları 
Dilin üslubları müxtəlif səbəblər nəticəsində əmələ gəlir. Bu hər şeydən əvvəl insan 
fəaliyyətinin müxtəlif sahələri ilə əlaqədar olaraq bu və ya başqa şəraitdə fikir ifadə edilərkən 
yaranır. Dildəki üslubların əmələ gəlməsi və digər cəhətlərindən bəhs edən xüsusi elm sahəsi 
vardır. Buna dilçilikdə 
üslubiyyat 
deyilir. Ədəbi dilimizin ayrı-ayrı mərhələlərində müxtəlif 
üslublar olmuşdur. Azərbaycan dilçiliyində dilin üslubu dedikdə: 
1.
Ümumi funksıonal üslublar; 
2.Bu və ya digər yazıçının üslubu-
fərdi üslub
nəzərdə tutulur. 
Hazırda Azərbaycan ədəbi dilinin aşağıdakı funksional üslubları var:
1)Ədəbi-danışıq üslubu; 
2)Bədii üslub; 
3) Elmi üslub
4) Publisistik üslub
5) Rəsmi üslub.
6)Rəsmi-işgüzar üslub; 
7)Epistolyar üslub. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin