Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə133/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   178
I CİLD (2)

Bədii üslub.
Bəzən bədii üslubun üslub anlayışının tələbini ödəmədiyi, buna görə 
funksional üslub meyarına uyğun gəlmədiyi bildirilir. İki üslubu var: nəzm və nəsr üslubu. 
A.Qurbanov bədii üslubun funksional üslub meyarına tam uyğun gəldiyini söyləyir: “Bədii 
üslub müstəqil və zəngin funksional üslubi yükə malik dil hadisəsidir” (1, 216). Bədii üslubun 
ən səciyyəvi xüsusiyyətlərindən biri ümumxalq danışıq dilinə yaxın olmasıdır. Elə bu 
xüsusiyyət də mübahisələrə səbəb olmuşdur yəni bədii əsərlər bütövlükdə yox, oradakı müəllif 
nitqi bədii üslub anlayışının tələbini ödəyir. 
Gördüyümüz kimi, bədii ədəbiyyatın dili və onun funksional üslublar sistemində yeri 
məsələsi birmənalı həll olunmur. Bir qrup tədqiqatçılar bədii üslubu funksional üslublar 
sisteminə daxil edir, digərləri isə buna heç bir əsas görmürlər. Bədii ədəbiyyatın dilini üslub 
kimi ayırmaq əleyhinə olanlar hesab edir ki, 1) bədii ədəbiyyatın dili ədəbi dil anlayışına daxil 
olmur; 2) o çox üslubludur, qapalı deyil, tamamilə bədii ədəbiyyatın dilinə xas, xüsusi 
səciyyəvi əlamətləri yoxdur; 3) bədii ədəbiyyatın xüsusi estetik funksiyası dil vasitələrindən 
son dərəcə özünəməxsus şəkildə istifadə edir. Lakin buna baxmayaraq ki, bədii ədəbiyyatın dili 
üslubi cəhətdən yekcins deyil; burada müəllifin şəxsi üslubu-individuallığı qabarıq əks olunur,
bununla belə bədii ədəbiyyatın dili bir sıra spesifik xüsusiyyətləri ilə fərqlənir. Bu isə bədii 
nitqi digər üslublardan ayırır. Bədii dilin bu özünəməxsus orijinal keyfiyyətləri onu digər 
funksional üslublarla bərabərhüquqlu üslub kimi qəbul etməyə əsas verir. 
Bədii ədəbiyyatın iki xüsusiyyətini nəzərdən keçirək: 
1.Bütün dil vasitələrindən istifadəyə 
açıq
olmasıdır. Bədii ədəbiyyatın dilinin ən başlıca 
xüsusiyyətlərindən biri onun bütün şifahi dil vasitələrindən (ədəbi və qeyri-ədəbi) istifadəyə 
açıq olmasıdır, yəni bədii ədəbiyyatın dili ayrı-ayrı hallarda ədəbi dil normalarından kənara 
çıxaraq loru sözlər, dialektlər, jarqonlar, peşə-sənət sözləri və ədəbi dil xaricində olan başqa 
elementlərdən istifadə edir. Bədii ədəbiyyat bütün üslubların söz ehtiyatından yararlanır. Bədii 
ədəbiyyatın dilində leksikanın müxtəlif üslubi qatlarına, hətta müxtəlif funksional üslubların 
bütöv hissələrinə (məsələn, elmi, rəsmi-işgüzar, publisistik, danışıq) rast gəlinir. Lakin 
özünəməxsus tərtibatda, funksional dəyişdirilmiş şəkildə. Bu müxtəlif üslubi leksikanın 
bilərəkdən qarışdırılması, leksikadan ikiplanlı üslubi çalarda istifadə edilməsi ilə müşahidə 
olunur. Bu zaman dil siteminin bütün səviyyə vahidlərinin köməyilə bədii ədəbiyyatın 


emosional, ekspressiv üslubu yaranır. Başqa heç bir funksional üslubda üslublar bir-birinə belə 
qarşılıqlı təsir göstərərək əlaqələnə, çulğalaşa bilmir. 
Bədii üslubun belə geniş dairəni əhatə etməsinin səbəbini mövzularının hüdudsuzluğu ilə 
izah etmək olar. Digər funksional üslublar həyatın, insan fəaliyyətinin müəyyən bir sahəsini 
əks etdirirsə, bədii ədəbiyyatda ictimai həyatın bütün sahələri, hadisələri təsvir oluna bilər. 
Beləliklə, bədii üslub, başqa üslublardan fərqli olaraq, dil vasitələrindən onların üslubi 
çalarlarının müxtəlif ahənglərdə istifadəsi ilə səciyyələnir. Başqa funksional üslublar isə bir 
qayda olaraq hər hansı ümumi üslubi çalarla xarakterizə olunur. Lakin bu üslubların 
qaışdırılması deyil. Bədii ədəbiyyatda dil vasitələrindən istifadə son nəticədə müəllifin niyyəti 
və əsərin məzmunundan, obrazın yaradılmasından asılıdır və bunun vasitəsilə adresata (öz 
oxucularına) təsir göstərilməsidir. Lakin stilistik, üslubi cəhətdən əsaslandırılmış şəkildə. 
2.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin