Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə119/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   178
I CİLD (2)

Natiqin əxlaqi keyfiyyəti
natiqlik sənətində başlıca amildir. Bu həm dövlət xadiminə, 
eləcə də sözü insanın taleyinə təsir edəcək, düzgün qərar verməyə kömək edəcək istənilən 
natiqə aiddir. 
Natiqlik sənətinin daha bir xüsusiyyətini qeyd etmək lazımdır. O mürəkkəb sintetik 
xarakter daşıyır. Natiqlik sənəti fəlsəfə, məntiq, psixologiya, pedaqogika, dilçilik, etika, 
estetika elmlərinə söykənir. Müxtəlif sahənin mütəxəssislərini bu sənətin fərqli problemləri 
düşündürür. Məsələn, 
linqvistlər
şifahi nitq mədəniyyəti nəzəriyyəsini işləyib hazırlayır, 
natiqlərə məsləhətlər verir, doğma dilin zənginliklərindən necə istifadə etməyin yollarını 
göstərirlər.
Məntiq
natiqə öz fikirlərini ardıcıl və düzgün ifadə etməyə, çıxışını düzgün qurmağa, 
irəli sürülən müddəaların səmimiliyinə, rəqiblərin yalan müddəalarını təkzib etməyə imkan 
verir. 
Natiqlik sənəti heç vaxt yekcins olmayıb. Tarixən istifadə sferasına görə müxtəlif növ 
və üsullara bölünüb: ictimai-siyasi, akademik, məhkəmə, sosial-məişət və dini natiqlik. Hər 
növ özündə funksiyasından asılı olaraq nitqin müəyyən növünü, nitqin yerinə yetirdiyi sosial 
nöqteyi-nəzərindən, eləcə də çıxışın məqsəd və vəzifəsindən, şəraitindən asılı olaraq müəyyən 
edilməsini əks etdirir. 


İctimai-siyasi natiqliyə
dövlət qurulucuğuna, iqtisadiyyat, hüquq, etika, mədəniyyət, 
parlamentdə müzakirə, mitinqdə, ictimai yığıncaqlarda, toplantılarda edilən çıxışlar; 
Akademik natiqliyə
auditoriyada mühazirə, elmi məruzə, xülasə, məlumat; 
Məhkəmə natiqliyinə
- prokuror, vəkil, hakim, şahid, müttəhim və b. nitqi; 
Sosial-məişət-natiqliyinə-
salam, təbrik, yubiley, masa arxası və b. nitqlər; 
Dini natiqliyə
– möizə və xütbə nitqi daxildir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin