Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə115/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   178
I CİLD (2)

davranış normalarını
da müəyyən edir. Adətən kişini- 
qadına; kiçiyi- yaşca böyüyə, yaxud işçini- rəhbərliyə təqdim edirlər. 
Tanışların, bəzən də tanış olmayanların rəsmi və ya qeyri-rəsmi görüşləri adətən 
salamlaşma
ilə başlayır. Ən sadə salamlaşma forması –Salam-dır. Bu salamlaşma forması ilə 
yanaşı, görüşün vaxtına işarə edən salamlaşma formaları da geniş yayılıb: 
-Gün aydın! 
-Sabahınız xeyr! 
-Hər vaxtınız xeyr! 
-Axşamınız xeyr! 
Ümumişlək salamlaşma formalarından başqa 
əlavə 
(görüşdən sevinc, məmnunluq hissi, 
ehtiram, hörmət əlaməti bildirən, yaxud ünsiyyət istəyini bildirən) formalar da mövcuddur: 
-Sizi gördüyümə, salamlaşmağa çox şadam! 
-İcazə verin sizi salamlayım. 
-Xoş gördük. 
-Ehtiramımı bildirirəm. 
Din xadimlərinin, dindarların da özünəməxsus salamlaşma formaları mövcuddur: 
-Salamun aleykum; -Aleykumas salam. 
Salamlaşma
bəzən 
əl sıxma 
ilə müşayiət oluna bilər. Lakin burada da müəyyən etiket 
normalarına əməl etmək tələb olunur. Əgər görüş kişi ilə qadın arasında baş verirsə, kişi 
qadının əl uzatmasını gözləməlidir. Əgər bu baş vermirsə, yüngülcə başını tərpətməklə, 
əyməklə kifayətlənə bilər. Bu kiçik yaşlıların özündən böyüklər ilə görüşü zamanı da 
gözlənilməlidir. Heç bir vəchlə kiçik özündən böyüklə görüşərkən birinci əl uzatmamalı, 
gözləməlidir. 


 Bu baxımdan salamlaşmanın nitq etiketində davranışın xarakteri də, yəni 
salamlaşmanın növbəliyi
də gözlənilməlidir. Salamı ilk növbədə: 
-kişi – qadına; 
-kiçik – böyüyə; 
-özündən kifayət qədər böyük olan kişiyə - qadın; 
-vəzifəcə kiçik – böyüyə; 
-nümayəndə heyəti – heyətin rəhbərinə verməlidir. 
Ünsiyyətin başlanğıcında olan nitq formalarına qarşı 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin