Yunanıstan və Romanın məşhur natiqləri həm də tanınmış dövlət xadimləri idi. İlk
Roma natiqlərindən biri dövlət xadimi b.e.ə. III-II əsrlərdə Böyük Mark Katon olmuşdur.
Karfaqenin barışmaz düşməni Katon Senatdakı hər çıxışını sonralar qanadlı ifadəyə çevrilmiş
belə ifadə ilə tamamlayırdı: “Hər halda belə hesab edirəm ki, Karfagen dağılmalıdır”. İndi bu
ifadə düşmən və ya hər hansı maneə ilə amansız mübarizədə işlədilir. Bir qədər sonrakı dövrdə
məşhur dövlət xadimləri və aqrar islahatlarının tərəfdarları Tiberiy və Kay Qrakxi də görkəmli
natiq olmuşlar. Roma siyasi xadimi və sərkərdəsi Mark Antoni də Roma natiqləri arasında
görkəmli yer tuturdu. Amma o dövrün ən məşhur siyahi xadimi Mark Tulliy Siseron olmuşdur.
Siseron yazırdı ki, insanı şöhrətin ən yüksək pilləsinə çatdıran iki sənət var: bu yaxşı
sərkərdəlik sənəti və yaxşı natiqlik sənətidir.
Bu, Siseronun natiqlik sənətinə baxışını ifadə edirdi. Sonrakı dövrlərdə də böyük
natiqlər, tanınmış dövlət xadimləri olmuşdu.
Sonralar ritorika termini zahirən qəşəng, dəbdəbəli, lakin məzmun və bədii cəhətdən
bəsit əsər, nitq, sözcülük mənasında işlədilmişdir (4,159).
M. Speranski yüksək bəlağətli nitqin qaydalarını izah edərkən yazır: “Yüksək natiqlik
qəlblərə öz ehtirasını, hisslərini verərərək onu titrətmək, onlarda öz düşüncələrinin obrazını
yaratmaq istedadıdır” (5,82).
Ənənəvi olaraq yüksək natiqlik sənəti incəsənətin bir növü kimi qiymətləndirilib. Onu
tez-tez poeziya və aktyorluq sənəti ilə müqayisə edirdilər (Aristotel, Siseron, M.V.Lomonosov,
V.Q.Belinskir, A.F.Koni və b.).
Bir çox müasir tədqiqatçılar natiqlik sənətinə insan fəaliyyətinin spesifik növlərindən
biri kimi baxırlar.
Natiqlik sənətinin sosial hadisə kimi obyektiv yaranma səbəbi ictimai əhəmiyyət kəsb
edən məsələləri açıq şəkildə müzakirə etmək ehtiyacından yaranmışdır. Bu və ya digər nöqteyi-
nəzəri əsaslandırmaq, irəli sürülən ideya və hərəkətləri həyata keçirmək, öz mövqeyini
qorumaq üçün söz sənətinə yiyələnmək, dinləyicilərini inandırmaq, onlara öz seçimlərini
etməyə təsir göstərmək lazımdır.
Qeyd etmək lazımdır ki, natiqlik sənəti həmişə müəyyən sosial siniflərə, qruplara, ayrı-
ayrı şəxslərə xidmət etmişdir. O eyni dərəcədə həm düzgünlüyə, həm yalana, əxlaqa və əksinə
məqsədlərə xidmət edə bilər. Hələ antik dövrdən “Natiqlik sənəti kimə və necə qulluq
etməlidir?”-sualı hamını düşündürürdü. Bu sualın cavabından asılı olaraq natiqlik sənətinə,
elminə və natiqə münasibət müəyyənləşdirilirdi.
Dostları ilə paylaş: