Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə120/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   178
I CİLD (2)

Natiq və onun auditoriyası 
Kütləvi çıxışlarda məharətli natiq nitqinin effektivliyini 
təmin edin ən başlıca 
keyfiyyət
dinləyici ilə 
əlaqə
qurulmasıdır. Bütün təcrübəli natiqlərin söylədiyi kimi, bu, 
natiqlərin ən müqəddəs arzusudur. Doğrudan da, nitq onu dinləmək, düzgün qavramaq, yadda 
saxlamaq üçün söylənir. Əgər natiq dinlənilmirsə, çıxış zamanı auditoriya “öz işi” ilə 
məşğuldursa, onda natiqin əziyyət və zəhməti boşa çıxır , belə nitqin təsiri isə sıfra bərabərdir. 
Psixoloqa görə əlaqə auditoriya və natiq arasında ümumi psixoloji vəziyyətdir. Bu çıxış 
edən və dinləyən arasında qarşılıqlı anlaşmadır. Nəyin nəticəsində bu ümumi anlaşma yaranır. 
İlk öncə birgə düşüncə fəaliyyəti yaranmalıdır. Yəni, natiq və dinləyici eyni problemi həll 
etməli, eyni məsələni müzakirə etməlidir: natiq öz çıxışının məzmununu izah edərək, dinləyici 
isə onun fikirlərinin inkişafını izləyərək. Əgər natiq bir şey, dinləyici isə başqa şey haqqında 
düşünürsə, deməli, natiq ilə dinləyici arasında kontakt, əlaqə baş tutmayıb. Natiq və 
auditoriyanın birgə düşüncə fəaliyyətini alimlər 
intellektual şəriklik 
adlandırırlır.
Bu əlaqənin yaranması üçün 
emosional şəriklik
də mühümdür, yəni natiq və dinləyici 
çıxış zamanı eyni, oxşar hissləri keçirməlidir. Danışanın nitqin predmetinə münasibəti, marağı, 
inamı dinləyiciyə ötürülür, onlarda cavab reaksiyası yaradır. 
Beləliklə, natiq və dincəyici arasında əlaqə o zaman yaranır ki, hər iki tərəf eyni 
düşüncə fəaliyyəti ilə məşğuldur və eyni oxşar hissləri keçirirlər. 
Bu əlaqənin baş tutduğunu necə müəyyən etmək olar? Zahirən əlaqənin baş tutduğunu 
bilmək auditoriyanın davranışından, eləcə də natiqin özündən asılıdır. 
Nitq söyləmək.
Müxtəlif şəraitdə, müəyyən məqsədlə nitq fəaliyyətdə olur. Buna görə 
nitq öz forma və məzmununa görə müxtəlif olur. Cəmiyyətdə geniş yayılmış nitq formaları 
aşağıdakılardır: 
1
.İctimai-siyasi natiqlik: 
a) dövlət quruculuğu, iqtisadiyyat, hüquq, etika, mədəniyyət, mövzularda məruzələr və 
s.
b)iclaslarda,qurultaylarda,konfransda hesabat məruzəsi, 
ç)siyasi nitq, 
c)xulasə(icmal) nitq, 
d)mitinqdə söylənilən nitq, 
e)təbliğatçı və təşviqatçı nitqi. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin